Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq

Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq
08.08.2026 08:42

Portuqaliyalı ulduz Kriştianu Ronaldo yeni mövsümün startında “Əl-Nəsr”ə kömək edə bilməyəcək.

TodayPress TV xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Yaum” qəzeti Ronaldonun 2026/2027 mövsümünün ilk iki oyununda meydana çıxmayacağını yazıb.

41 yaşlı futbolçu avqustun 15-də “Əl-Fateh”ə qarşı Səudiyyə Ərəbistanı çempionatının ilk tur matçında, üç gün sonra isə Kral Kubokunda “Əl-Diriyah”la görüşdə iştirak etməyəcək.

Ronaldonun uzun müddətdir komandadan uzaqda qalması da diqqət çəkir. Bildirilir ki, futbolçu 6 iyuldan etibarən “Əl-Nəsr”in düşərgəsində olmayıb və məşqlərə qoşulmayıb.

Məlumata görə, Ronaldo dünya çempionatından sonra 21 günlük istirahət etməli idi. Lakin o, həm komandanın xaricdəki təlim-məşq toplanışını, həm də Səudiyyə Ərəbistanına qayıtdıqdan sonrakı məşqləri buraxıb.

Beləliklə, portuqaliyalı ulduzun 32 gündür komandanın məşqlərindən kənarda qaldığı bildirilir.

Qeyd edək ki, “Əl-Nəsr” ötən mövsüm Səudiyyə Ərəbistanı çempionu olub. Komanda yeni mövsümdə titulunu qorumaqla yanaşı, tarixində ilk dəfə AFC Çempionlar Liqasının Elit turnirində qalib olmağı hədəfləyir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
08 августа 2026
Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 Сильное землетрясение в Японии: Число погибших возросло 09:15 İİKK: ABŞ İranla müharibədə məğlub oldu 11:12 Xocavənddə traktor minaya düşdü 10:53 В Грузии приспущены государственные флаги 10:39 Холодная волна из Антарктиды обрушилась на Новую Зеландию 10:24 Послание Азербайджану от Пашиняна: «Мир установлен» 10:07 Пезешкиан обратился к США: «Америка должна вернуться домой!» 09:56 Россия нанесла удары по Киеву: Есть погибшие и раненые 09:36 ABŞ-dən Kolumbiyaya 1 milyard dollar - SƏBƏB 09:26 В России атакован НПЗ 09:31 Ronaldo ilə bağlı qərar: Mövsümün ilk iki oyununu buraxacaq 09:20 Britaniyada enerji böhranı dərinləşir: Borclar rekord həddə çatdı 09:11 Azərbaycan XİN-dən Gürcüstanla bağlı AÇIQLAMA: Sülh yolu ilə həlli dəstəkləyirik 09:07 Vellinqton ağ örpəyə büründü – 15 ildən sonra ilk dəfə qar yağdı! 00:44 Если часто просыпаетесь по ночам... - Терапевт назвал ПРИЧИНУ 00:34 İtlər həqiqətən küsə bilir? - Ekspert izah etdi 00:28 Qlobal ərzaq qiymətləri artdı: 2023-cü ildən bəri ən yüksək səviyyə! 00:23 "Google Assistant" silinir, yerinə bu gəlir! 00:02 Dərmanlara ehtiyacı azaldan üsul tapıldı! - Alimlərdən vacib tövsiyələr 23:51 Cərrahi əməliyyatdan sonra ölən şəxslə bağlı CİNAYƏT İŞİ AÇILDI 00:16 17 yaşlı qızın toy mərasimi təxirə salındı, çəkiliş heyətinə hücum edildi - VİDEO 19:41 Tramp bal zalının tikintisi ilə bağlı Ali Məhkəməyə müraciət edəcək 23:44 Прошел год со дня исторической Вашингтонской декларации 00:07 Fabian Buntiç: "Qarabağ"da xoşbəxtliyimi itirmişdim" 23:28 Все новости