Rabyo: “Bu “Milan”la çempion olmaq asan deyil”

Rabyo: “Bu “Milan”la çempion olmaq asan deyil”
25.12.2025 16:45

“Milan” klubunun yarımmüdafiəçisi Adriyen Rabyo A Seriyasının cari mövsümündə komandasının çempionluq ambisiyaları barədə fikirlərini bölüşüb. 

TodayPress TV xəbər verir ki, bu barədə La Gazzetta dello Sport nəşri məlumat yayıb.

“Hazırkı komandamızla çempion olmaq çətindir, çünki heyətdə böyük qələbələr təcrübəsi olan futbolçular azdır. “Milan” üçün əsas hədəf ilk dördlükdə yer almaqdır və biz bunu bilirik. Amma şəxsən mən daha artığını istəyirəm. Əgər mövsümü 10 ballıq səviyyədə keçirmək imkanı varsa, 6-7 balla kifayətlənmək olmaz.

Mən “Milan”dakı digər oyunçulara deyirəm ki, bizdə çempion düşüncəsi olmalıdır və mümkün qədər yuxarıya can atmalıyıq. Mənim kimi təcrübəli futbolçuların vəzifəsi daha az təcrübəsi olan komanda yoldaşlarına qələbənin necə xoş hiss olduğunu anlatmaqdır.

Mənim tatuajım yoxdur, amma skudetto qazansaq, tatuaj etdirə bilərəm. Bu, çox vacib bir tatuaj olardı. Mən hər addımı atmadan əvvəl çox düşünən insanam. Bəli, çempion olsaq, belə bir tatuaj barədə düşünə bilərəm”, - deyə Rabyo bildirib. 

Qeyd edək ki, “Milan” cari mövsümün 15 turundan sonra İtaliya çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Все новости