“Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir!

“Qarabağ”dan qovulan Elvinə Avropadan təklif: Onu rəqib məşqçi istəyir!
03.06.2026 19:30

İntizamsızlığa görə “Qarabağ”ın əsas heyətindən qovulan Azərbaycan yığmasının üzvü Elvin Cəfərquliyev karyerasını Yunanıstanda davam etdirə bilər.

TodayPress TV xəbər verir ki, sol cinah müdafiəçisi ilə bu ölkənin “Panatinaikos” klubu maraqlanır.

Son mövsümü 4-cü pillədə bitirən Afina təmsilçisi Konfrans Liqasında iştirak edəcək. Komandanın sol cinah müdafiəçisinə ehtiyacı var. Bu mövqedə hazırda üst səviyyədə çıxış edən əsas futbolçuları yoxdur.

Qeyd edək ki, “Panatinaikos”a yeni baş məşqçi təyin olunub. 4 ildir ki, Danimarkanın “Kopenhagen” klubunun “sükanı arxasında” olan Yakob Neestrup yunanları çalışdıracaq. Cəfərquliyev isə danimarkalı mütəxəssisə tanış simadır.

Belə ki, cari mövsüm UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ikinci turunda onun çalışdırdığı “Kopenhagen” “Qarabağ”la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Azərbaycan təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Həmin görüşdə isə Elvin “Matçın oyunçusu” seçilmişdi.

Görünən odur ki, Neestrup Azərbaycan yığmasının üzvünü izləməkdə davam edib və onu yeni komandasında görmək niyyətindədir.

Amma yunanların marağı hələ rəsmi təklifə çevrilməyib. “Qarabağ” müdafiəçisi üçün transfer haqqı istədiyindən keçid rahatlıqla başa gəlməyəcək.

Xatırladaq ki, Elvinə Serbiya “Partizan”ı və Portuqaliya “Braqa”sı da maraq göstərir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
"Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 Все новости