PSJ-Mbappe savaşı bitmir: milyonluq qalmaqal davam edir

PSJ-Mbappe savaşı bitmir: milyonluq qalmaqal davam edir
20.02.2026 09:20

PSJ klubu “Real Madrid”də çıxış edən hücumçu Kilian Mbappeyə qalan 6 milyon avroluq borcdan 4 milyon avro köçürüb. Lakin tərəflər arasında maliyyə mübahisəsi hələ də yekunlaşmayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, məhkəmə icraçılarının klub ofisinə səfərindən sonra Paris təmsilçisi keçmiş futbolçusuna qismən ödəniş edib. Daha əvvəl əmək məhkəməsi PSJ-ni futbolçuya ümumilikdə 60,9 milyon avro - maaş borcu, bonuslar və hesablanmış faizlərlə birlikdə ödəməyə məcbur etmişdi. Əsas məbləğ daha əvvəl köçürülsə də, 2 milyon avroluq fərq hələ də mübahisə predmetidir. Klub isə oyunçu ilə tam hesablaşdıqlarını bildirir.

Xatırladaq ki, münaqişə Mbappenin 2024-cü ilin yayında PSJ-dən ayrılaraq “Real Madrid”ə azad agent kimi keçməsindən sonra yaranıb. Danışıqlar davam edir və yenidən məhkəmə müdaxiləsi istisna olunmur.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
İstanbulda tramvay relsdən çıxdı 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Таджикистан отвернулся от России и обратился к Ирану 14:21 Иран предупредил США: «В этот раз мы используем более мощное оружие» 13:53 Северная Корея выпустила 10 баллистических ракет в сторону Японского моря 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Новое оружие против опухолей мозга: в черепе обнаружен скрытый иммунный механизм 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Завтра в Баку будет 32 градуса тепла, в регионах — 36 градусов 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Тревожный сигнал на будущее: рост населения в Азербайджане стремительно замедляется 12:22 Ferstappenin gələcəyi bəlli oldu: “Red Bull”la uzunmüddətli müqavilə! 12:24 Сенсация в мире астрономии: обнаружена скрытая система возрастом 12,5 миллиардов лет! 12:21 НАТО приближается к белорусской границе: в Литве строится военный городок за 40 миллионов евро 11:59 МИД Азербайджана выразило соболезнования Центральноафриканской Республике 11:58 Всплыл тайный план Трампа: Как каждую ночь перевозится 10 миллионов баррелей нефти? 11:52 İşdən qanunsuz çıxarılan 63 nəfər əvvəlki işlərinə bərpa etdirildi 11:35 Mərc qalmaqalından sonra Bizliyə ağır ailə ittihamları! 11:31 ABŞ ordusundan GTA VI sürprizi: Əsgərlərə məzuniyyət veriləcək 11:26 Крупный церковный переворот в Ереване: «Гражданский договор» огласил план 11:05 Все новости