"Portu" 41 yaşlı Tiaqu Silva ilə müqavilə imzaladı

"Portu" 41 yaşlı Tiaqu Silva ilə müqavilə imzaladı
21.12.2025 04:45

"Portu" Braziliya millisinin sabiq kapitanı, müdafiəçi Tiaqu Silva ilə müqavilə imzalayıb.

TodayPress TV-nin məlumatına görə, bu barədə Portuqaliya klubunun mətbuat xidməti açıqlama yayıb.

41 yaşlı futbolçu bundan əvvəl Braziliyanın "Fluminense" klubunu tərk edib. Qeyd edək ki, Silva 2004-cü ildə "Portu" ilə müqavilə bağlamışdı, lakin əsas komandada heç bir oyun keçirməmişdi.

Silva İngiltərənin "Çelsi" klubunun heyətində UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası Dünya Çempionatının qalibi olub. O, 2020-2024-cü illərdə "Çelsi"də çıxış edib. Müdafiəçi bundan əvvəl Fransanın "Pari Sen-Jermen", İtaliyanın "Milan", eləcə də Braziliyanın "Juventude" və "Fluminense" klublarında oynayıb.

Futbolçu İtaliya çempionu və Fransada yeddiqat çempiondur.

Silva Braziliya millisinin heyətində 2019-cu ildə Amerika Kubokunun, 2013-cü ildə isə Konfederasiyalar Kubokunun qalibi olub. O, həmçinin Olimpiya Oyunlarında gümüş (2012) və bürünc (2008) medal qazanıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Все новости