Olimpiadada həyəcanlı anlar: Litvintsev buz üzərinə çıxır

Olimpiadada həyəcanlı anlar: Litvintsev buz üzərinə çıxır
09.02.2026 14:25

İtaliyanın Milan və Kortina Ampetso şəhərlərində keçirilən XXV Qış Olimpiya Oyunlarında müxtəlif idman növləri üzrə yarışlar davam edir.

TodayPress TV xəbər verir ki, Azərbaycanı bu mötəbər yarışda təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev fevralın 10-da ilk çıxışına start verəcək. Şef-de-mission Anar Bağırovun sözlərinə görə, idmançımızın qısa proqram üzrə çıxışı Bakı vaxtı ilə saat 18:30-da baş tutacaq.

Yarış öncəsi hazırlıqdan danışan Anar Bağırov bildirib ki, Litvintsev intensiv məşq prosesindən keçir və tam gücü ilə mübarizəyə hazırdır. O qeyd edib ki, idmançı hər gün səhər və axşam olmaqla buz üzərində məşqlər edir, fiziki və psixoloji vəziyyəti qənaətbəxşdir. İtaliyadakı Olimpiya kəndində komanda üçün bütün lazımi şərait yaradılıb.

Qeyd edək ki, Vladimir Litvintsev fevralın 13-də sərbəst proqramda çıxış edəcək. Azərbaycanın digər təmsilçisi, dağ xizəkçisi Anastasiya Papatoma isə fevralın 18-də Kortina Ampetso turnirində qüvvəsini sınayacaq.

Namiq HUN

TodayPress TV

ФОТО

Olimpiadada həyəcanlı anlar: Litvintsev buz üzərinə çıxır — 1
ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Все новости