Maradona işi üzrə tibbi heyətə qarşı yeni ittihamlar irəli sürüldü

Maradona işi üzrə tibbi heyətə qarşı yeni ittihamlar irəli sürüldü
14.04.2026 12:34

Dieqo Maradonanın ölümü ilə bağlı Argentinada yeni məhkəmə prosesi başlayıb.

TodayPress TV “Reuters” agentliyinə istinadən xəbər verir ki, əfsanəvi futbolçunun tibbi komandasının yeddi üzvü ehtiyatsızlıqdan adam öldürməkdə ittiham olunur. 

Bu proses əvvəlki məhkəmə işinin baş tutmaması səbəbindən dayandırılmasından təxminən bir il sonra yenidən başlayıb.

Xatırladaq ki, Maradona 25 noyabr 2020-ci ildə, 60 yaşında beyin əməliyyatından sonrakı bərpa dövründə ürək tutmasından vəfat edib.

Məhkəmə çərçivəsində 100-ə yaxın şahidin ifadəsi dinləniləcək. Araşdırma futbolçunun ölümündə tibbi heyətin səhlənkarlığının olub-olmamasını müəyyən etməyə yönəlib. Təqsirləndirilən şəxslər isə ittihamları rədd edir.

İlk məhkəmə prosesi ötən ilin martında başlamış, lakin hakimlərdən birinin istefası səbəbindən iki ay sonra dayandırılmışdı. Həmin prosesdə müxtəlif sübutlar, o cümlədən foto və video materiallar təqdim olunmuş, Maradonanın övladları və keçmiş həyat yoldaşı Klaudiya Vilyafanye də ifadə vermişdi.

Prokurorluq tibbi heyətin müalicə protokollarını pozduğunu və Maradonanın reabilitasiya olunduğu evin lazımi tibbi qayğıdan uzaq olduğunu bildirib. Müdafiə tərəfi isə futbolçunun ölümünün onun uzunmüddətli sağlamlıq problemləri səbəbindən qaçılmaz olduğunu iddia edir.

Qeyd edək ki, bu iş üzrə ittihamlar 2021-ci ildə yaradılmış xüsusi tibbi komissiyanın araşdırmasından sonra irəli sürülüb. Komissiya tibbi heyətin “qeyri-adekvat, səriştəsiz və məsuliyyətsiz” davrandığı qənaətinə gəlib.

Təqsirləri sübuta yetirilərsə, ittiham olunan şəxsləri 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti zərbəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 150 balla bu ixtisaslara qəbul mümkündür - DİM sədri açıqladı 16:10 DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir 15:58 Саудовская Аравия ударила по Ираку, чтобы победить Иран — ЗАПУЩЕН НОВЫЙ СЦЕНАРИЙ 15:57 Seutaya 24 saata 49 min miqrant – İspaniya bunu "hücum" adlandırdı 15:45 UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Академик, сын расстрелянного Сталиным дворянина, возродивший нефтяную промышленность СССР: Мидхат Аббасов — 100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Орден, которым награжден президент: кому еще он вручался? 15:19 Все новости