"Mançester Siti"nin futbolçusu Diaşın evi qarət edildi

"Mançester Siti"nin futbolçusu Diaşın evi qarət edildi
31.01.2026 08:53

İngiltərənin "Mançester Siti" futbol klubunun portuqaliyalı müdafiəçisi Ruben Diaşın evi Çempionlar Liqasının ümumi mərhələsinin "Qalatasaray"a qarşı oyun zamanı qarət edilib.

TodayPress TV  xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Mənbənin məlumatına görə, qarət zamanı evdə heç kim olmayıb, cinayətkarlar bir neçə əşyanı oğurlayıblar. Polislərin artıq araşdırmaya başladığı, klubun isə futbolçuya bütün lazımi yardımı göstərməyə hazır olduğu qeyd olunub.

Ruben Diaş 28 yaşındadır, o, 2020-ci ilin payızından "Mançester Siti"də çıxış edir. Müdafiəçi komanda ilə 247 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib. Müdafiəçi klubla birlikdə İngiltərə çempionatında dörd dəfə qalib gəlib, həmçinin bir dəfə ölkə kubokunu və Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və dünya klub çempionatını qazanıb.

Xatırladaq ki, "Qalatasaray"a qarşı oyun yanvarın 28-də keçirilib və "Mançester Siti"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Diaş yanvarın əvvəlində aldığı zədə səbəbindən oyunu buraxıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Все новости