İslamiada: idmançılarımız bu gün dörd növdə mübarizə aparacaqlar

İslamiada: idmançılarımız bu gün dörd növdə mübarizə aparacaqlar
19.11.2025 09:36

Səudiyyə Ərəbistanında təşkil olunan VI İslam Həmrəyliyi Oyunları davam edir. 

TodayPress TV xəbər verir ki, Azərbaycan idmançıları bu gün Ər-Riyad turnirində 4 növdə mübarizə aparacaqlar.

3x3 basketbol üzrə milli komanda yarımfinal mərhələsində Misir yığması ilə qarşılaşacaq.

İdmanın atletika növündə Əlhəm Nağıyev 200 metr, Azərbaycan yığması isə 4x100 metr məsafəyə qaçışda çıxış edəcək.

Qılıncoynadanlarımızdan Maqsud Hüseynli və Saleh Məmmədov sablya növündə bacarıqlarını göstərəcəklər.

Yunan-Roma güləşçilərindən Murad Əhmədiyev (97 kq), Beka Kandelaki (130 kq), qadın güləşçilərdən isə Elnurə Məmmədova (50 kq), Gültəkin Şirinova (53 kq) və Jalə Əliyeva (57 kq) multi-idman oyunlarının mükafatları uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarının 46 mükafatı ilə (5 qızıl, 15 gümüş, 26 bürünc) medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

İslamiada noyabrın 21-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 Все новости