İran millisinin DÇ-2026 taleyinə aydınlıq gəldi!

İran millisinin DÇ-2026 taleyinə aydınlıq gəldi!
18.05.2026 14:50

İran Futbol Federasiyası ABŞ-də keçiriləcək dünya çempionatı ilə bağlı FIFA-dan təminat alıb.

TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, iki gün əvvəl Türkiyədə İran Futbol Federasiyasının nümayəndələri ilə FIFA rəsmiləri arasında görüş keçirilib. Görüşdə İran millisinin 2026-cı il dünya çempionatında iştirakına dair zəmanət verilib.

“FIFA bizə qəbul edən tərəflərin bütün qaydalara əməl etməsi üçün əlindən gələni edəcəyinə dair təminat verdi”, – deyə İsmail Baqai bildirib.

Qeyd edək ki, dünya çempionatı 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Iran yığma komandası seçmə mərhələdə Özbəkistanla 2:2 hesablı heç-heçə edərək mundiala vəsiqə qazanıb. İran millisi G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə qarşılaşacaq. Komandanın bütün oyunlarının ABŞ ərazisində keçirilməsi planlaşdırılır.

Bundan əvvəl İran millisinin viza problemlərinə görə mundialı buraxa biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
"Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 Все новости