İngiltərə futbolunda iz qoyan qadın hakim karyerasını bitirir

İngiltərə futbolunda iz qoyan qadın hakim karyerasını bitirir
12.08.2026 10:03

Laynsmen Şan Messi-Ellis hakimlik karyerasını başa vurmaq qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.

Messi-Ellis 2010-cu ildə “Blekpul” və “Sanderlend” komandaları arasındakı qarşılaşmada debüt edərək İngiltərə çempionatının yüksək divizionunda hakim köməkçisi kimi meydana çıxan ikinci qadın olub.

40 yaşlı hakim karyerası ərzində Premyer Liqada 150-dən çox oyunda çalışıb. O, qadınlar arasında İngiltərə Kubokunun 5 finalında və İngiltərə Superkuboku matçında hakim köməkçisi kimi fəaliyyət göstərib. Şan, həmçinin İngiltərə Kuboku və Liqa Kubokunun finallarında VAR hakimi olub.

Messi-Ellis 2019-cu ildə avrokuboklarda matça hakim köməkçisi təyin olunan ilk ingiltərəli qadın kimi tarixə düşüb. O, həmin il Avropa Liqasının “PSV” – LASK qarşılaşmasında laynsmen kimi fəaliyyət göstərib.

Bildirilir ki, Messi-Ellis sentyabrdan etibarən İngiltərə Futbol Assosiasiyasında (FA) çalışacaq. O, burada qadın hakimlərlə iş üzrə baş menecer vəzifəsini tutacaq, hakimlik fəaliyyətinə başlayan qadınlara dəstək göstərəcək və onların inkişafına kömək edəcək.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
12 августа 2026
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 11:49 Qara dənizdə Rusiyayanın iki dron vuruldu - VİDEO 11:14 Azərbaycanın Latviyadakı səfiri geri çağırıldı, yenisi təyin olundu 11:29 Azərbaycanın İsveçdəki səfiri dəyişdirildi 11:26 ABŞ “dayan” dedi, Zelenski geri addım atdı 11:13 Mourinyo-Qvardiola gərginliyi yenidən gündəmdə: filmə belə düşmədi 10:50 37 человек возвращены из Германии в Азербайджан — ГМС 10:45 Superkubok həyəcanı! Vitinya “Aston Villa” qarşısında PSJ-yə güvənir 10:48 Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə oldu 10:17 Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı 09:58 Avropada daha bir zəfər! “Sabah” Azərbaycana xal qazandırdı 10:34 Выделено 258 миллионов манатов Нахичевани — Президент подписал распоряжение 10:24 “Bu uşaqlar çox pisdirlər!” Bred Pitt futbolçuları tənqid etdi 10:19 XİN-dən gənclərə təbrik: “Böyük qürur hissi doğurur” 09:46 Признание от Трампа: «Что они говорят, то я и делаю» 09:45 İngiltərə futbolunda iz qoyan qadın hakim karyerasını bitirir 10:03 Трамп: «Я не верю Ирану» 08:46 6 тысяч болельщиков, один кубок, великая битва! Эмери настроен на матч с «ПСЖ» 09:54 Массированная атака БПЛА на Севастополь 09:34 Bundesliqada inanılmaz start! Yeni top məhsuldarlığı artırıb 09:26 Азербайджанская нефть подорожала 09:24 Transfer bazarında Baloqun savaşı! “Qalatasaray” da namizədlər arasındadır 09:21 «Tesla» отзывает более 20 тысяч автомобилей 09:08 Lebronun debüt oyunu NBA tarixində bilet qiyməti rekordu qırdı 08:57 Операция с 46 килограммами наркотиков в Баку: задержаны 3 человека 08:54 Все новости