İdmançımız MMA üzrə 3-cü qələbəsini qazandı

İdmançımız MMA üzrə 3-cü qələbəsini qazandı
15.02.2026 02:00

Batumidə GFC üzrə (Georgian Fighting Championship) və "Grand Bellagio Championship" turniri keçirilib.

TodayPress TV xəbər verir ki, bu çempionatda iki azərbaycanlı idmançı mübarizə aparıb.

Gecənin ən maraqlı görüşü Gürcüstanda yaşayan, Azərbaycanı və Gürcüstanı beynəlxalq arenalarda uğurla təmsil edən, kikboksinq üzrə 7 qat dünya və 3 qat Avropa çempionu, professor ləqəbli Alim Nəbiyev ilə braziliyalı Jaime Souza arasında olub. Bu görüş iştirakçılara həyəcanlı anlar yaşadıb.

Üç raund davam edən və son dərəcə gərgin mübarizə şəraitində keçən döyüşdə Alim Nəbiyev tam üstünlük nümayiş etdirərək qalib gəlib. Hakimlərin yekdil qərarı ilə azərbaycanlı idmançı qarşılaşmanın qalibi elan olunub. Bu, Alim Nəbiyevin MMA-da ardıcıl olaraq qazandığı üçüncü qələbəsi olub.

Gecənin daha bir azərbaycanlı qalibi Elvin Kamilli olub. Gürcü idmançı Sandro Datanaşvili ilə üz-üzə gələn Elvin Kamilli elə birinci raundda qalib gəlib.

Qeyd edək ki, turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Slovakiya, İsrail, Braziliyadan idmançılar mübarizə aparıblar.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
"Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Все новости