Futbol dünyası bir ulduzla vidalaşdı – Remsi getdi

Futbol dünyası bir ulduzla vidalaşdı – Remsi getdi
07.04.2026 15:14

Uels millisinin kapitanı, “Arsenal” və “Yuventus”un sabiq yarımmüdafiəçisi Aaron Remsi peşəkar futbol karyerasını başa vurduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, 35 yaşlı futbolçunun son klubu Meksikanın “Pumas” olub və o, 2025-ci ildə bu komandadan ayrılıb.

Remsi qərarını belə şərh edib:

“Bu, asan qərar olmadı. Uzun düşüncələrdən sonra futbol karyeramı başa vurmağa qərar verdim.

İlk növbədə Uels barədə demək istəyirəm. Bu formanı geyinmək və bu qədər unudulmaz anlar yaşamaq mənim üçün böyük şərəf idi. Bu, məşqçilərin və məni dəstəkləyən hər kəsin sayəsində mümkün oldu.

Daha sonra çıxış etdiyim bütün klublara təşəkkür edirəm. Mənə kömək edən məşqçilərə və əməkdaşlara minnətdaram.

Və əlbəttə ki, həyat yoldaşıma, övladlarıma və ailəmə xüsusi təşəkkür edirəm. Sizin dəstəyiniz olmasaydı, bunların heç biri mümkün olmazdı”.

Qeyd edək ki, Aaron Remsi “Arsenal”ın heyətində üç dəfə İngiltərə Kubokunu və Superkubokunu qazanıb. “Yuventus” ilə isə İtaliya çempionu olub, həmçinin ölkə kuboku və superkubokunun qalibi adını qazanıb.

O, karyerası ərzində həmçinin “Kardiff Siti”, “Nottingem Forest”, “Reyncers” və “Nitsa” klublarında da çıxış edib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 “Port Baku”da ev yanır - VİDEO 18:39 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiya yaradılacaq 17:20 Sançes baş verənlərdən şoka düşüb: ərazimizə hücum edirlər 17:15 İspaniyada 25 mindən çox miqrant Mərakeşə geri qaytarıldı 17:02 Rassellin gələcəyi ilə bağlı gözlənilməz açıqlama 16:50 Дезинформация угрожает нашей общественной жизни — Президенту пришлось вмешаться 16:45 FIFA-dakı qalmaqal böyüyür: daha bir istefa gəldi 16:39 Кувейт сбил иранские беспилотники 16:15 Şensnıdan təqaüdlə bağlı gözlənilməz açıqlama 16:19 Все новости