Futbol bazarında böyük səs: “Yuventus” Silvanı istəyir

Futbol bazarında böyük səs: “Yuventus” Silvanı istəyir
21.03.2026 09:49

“Yuventus” klubu “Mançester Siti”nin ulduz yarımmüdafiəçisi Bernardu Silva ilə ciddi maraqlanır. 

TodayPress TV xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.

Yayda portuqaliyalı futbolçu azad agentə çevrilə bilər və Turin təmsilçisi ona illik təxminən 7 milyon avro maaş olmaqla 3 il müddətinə müqavilə təklif etməyi planlaşdırır.

31 yaşlı Bernardu Silva karyerasının son mərhələsində mühiti dəyişmək ehtimalını nəzərdən keçirsə də, hələ gələcəyi ilə bağlı qərar verməyib. “Yuventus”  onun üçün cəlbedici variantlardan biri olsa da, yeganə seçim deyil.

Futbolçu bütün təklifləri dəyərləndirmək niyyətindədir. Ona “Barselona”, “Benfika”, “Qalatasaray”, həmçinin ərəb liqalarından və MLS klublarından da maraq var. Silva yekun qərarını böyük ehtimalla aprelin sonundan əvvəl verməyəcək.

Qeyd edək ki, cari mövsümdə Bernardu Silva “Mançester Siti”nin heyətində  41 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Все новости