“Formula-1”də mövsümün statistik möcüzəsi: Nikо Hülkenberq

“Formula-1”də mövsümün statistik möcüzəsi: Nikо Hülkenberq
31.12.2025 17:17

“Kik-Zauber” komandasının pilotu (2026-cı ildən “Audi”) Niko Hülkenberq 2025-ci il “Formula-1” mövsümündə göstərdiyi unikal göstəriciyə görə “Ən yaxşı statistika” üzrə alternativ mükafata layiq görülüb.

TodayPress TV xəbər verir ki, “Formula-1”in rəsmi saytının versiyasına əsasən, mövsümün ən diqqətçəkən statistik nailiyyəti Hülkenberqin ilk podiumuna qədər 238 Qran-pri keçməsi olub. 

Alman pilot 15 il ərzində çempionat tarixində podiuma yüksəlmədən ən uzun karyeraya malik sürücü kimi tanınıb.

Bu seriyaya o, 239-cu startında - Böyük Britaniya Qran-prisində son qoyub. Çətin hava şəraitində keçirilən yarışda 19-cu yerdən start alan Hülkenberq finiş xəttini üçüncü keçərək karyerasında ilk dəfə podiuma yüksəlib.

Qeyd edək ki, bu nəticə eyni zamanda “Kik-Zauber” komandası üçün 2012-ci ildən bəri ilk podium olub. 37 yaşlı Hülkenberq isə 1973-cü ildən sonra “Formula-1” tarixində podiuma yüksələn ən yaşlı debütant kimi də tarixə düşüb.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 Все новости