“Formula-1” 75 illiyini möhtəşəm göstəricilərlə qeyd etdi

“Formula-1” 75 illiyini möhtəşəm göstəricilərlə qeyd etdi
20.12.2025 15:18

“Formula-1” rəsmi saytında çempionatın 75-ci yubiley mövsümü olan 2025-ci ilin yekunlarını açıqlayıb. 

TodayPress TV xəbər verir ki, mövsüm bir çox göstəricilər üzrə rekordlarla yadda qalıb.

Dünya çempionatının auditoriyası 827 milyon nəfərə çatıb. Bu göstərici 2024-cü illə müqayisədə 12%, 2018-ci illə müqayisədə isə 63% artıb. Azarkeşlərin 43%-i 35 yaşdan aşağıdır və son bir ildə gənc fanatların sayı 51 milyon nəfər artıb.

Gender balansında da dəyişiklik müşahidə olunur: hazırda auditoriyanın 42%-ni qadınlar təşkil edir (2018-ci ildə bu göstərici 37% idi). 2025-ci ildə çempionata qoşulan yeni azarkeşlərin 48%-i qadınlardır.

Cari il ərzində bütün mərhələlər üzrə ümumi iştirakçı sayı 6,7 milyon nəfər olub ki, bu da tarixi rekorddur. 24 yarış həftəsonundan 19-u tam satılıb, ayrı-ayrı traslarda isə 11 yeni iştirak rekordu qeydə alınıb.

Dörd Qran-pri mərhələsi 400 mindən çox tamaşaçı toplayıb. Avstraliya Qran-prisi (465 min) və Böyük Britaniya Qran-prisi (500 min) mövsümün ən çox izlənilən yarışları olub.

Bred Pittin baş rolda çəkildiyi “Formula-1” filmi isə 630 milyon dollardan çox gəlir əldə edərək, tarixdə ən çox gəlir gətirən idman filmi olub. 

Qeyd olunur ki, yarış təqviminin böyük hissəsi artıq 2030-cu illərə qədər müqavilələrlə təmin edilib. Mayami və Avstriya Qran-priləri 2041-ci ilə qədər uzadılıb. 2027–2028-ci illərdə isə “Formula-1” Portuqaliyanın “Portimao” avtopoligonuna qayıdacaq.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 Все новости