FIFA U-20 mundialı Azərbaycanın 5 şəhərini əhatə edəcək

FIFA U-20 mundialı Azərbaycanın 5 şəhərini əhatə edəcək
26.12.2025 13:34

2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçular arasında dünya çempionatının Azərbaycanda hansı stadionlarda baş tutacağı məlum olub.

TodayPress TV prosport.az-a istinadən xəbər verir ki, mundialın oyunları Bakı, Sumqayıt, Gəncə, Qəbələ və Xankəndi şəhərlərində təşkil olunacaq.

Bakıda qarşılaşmaların Bakı Olimpiya Stadionu (BOS) və ya Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi müzakirə edilir. BOS-un tutumunun çox böyük olması səbəbindən tamaşaçı doluluğu baxımından ikinci variant da nəzərdən keçirilir.

Sumqayıtda oyunların Mehdi Hüseynzadə adına şəhər stadionunda, Qəbələdə şəhər stadionunda, Gəncədə yeni istifadəyə verilmiş Gəncə stadionunda, Xankəndidə isə şəhər stadionunda keçirilməsi planlaşdırılır.

Qeyd olunur ki, Xankəndi stadionunda məşqlər üçün ehtiyat meydançaların olmaması burada oyunların keçirilməsinə maneə yarada bilər. Lakin problemin aradan qaldırılacağı ehtimal olunur.

Xatırladaq ki, FIFA oktyabrın 2-də keçirilən iclasında 20 yaşadək futbolçular arasında dünya çempionatının Azərbaycan və Özbəkistana verilməsini təsdiqləyib. Turnirdə 24 komanda 6 qrupda mübarizə aparacaq.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Медина покинул «Карабах» 15:30 Увидев турка в Армении, люди реагировали негативно — ВИДЕО 15:18 Оскорбление мусульман от Джими: однажды мы вас расчленим и закопаем! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Подписанное в Шуше соглашение вызвало страх у русских и армян, увидев подпись Алиева… 14:36 Сделаем России хуже, чем в 1941-м: в Германии заговорили о возможном ударе 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Началась встреча глав МИД России и Турции 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Пашинян выдаст Кочаряна Баку? — НЕОЖИДАННЫЙ ПЛАН, взбудораживший Ереван 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Все новости