DÇ-2026: İspaniya Belçikanı məğlub etdi
Futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində İspaniya millisi Belçika millisini məğlub edib - 2:1.
00:50
Futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində İspaniya - Belçika oyununda ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında ispanlar hesabı artırıblar - 2:1.
23:50
Futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində İspaniya - Belçika oyununda hesab bərabərləşib.
TodayPress TV xəbər verir ki, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında belçikalılar hesabı bərabərləşdiriblər - 1:1.
41-ci dəqiqədə Şarl de Ketelare başla dəqiq oynayıb.
23:35
Futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində İspaniya - Belçika oyununda hesab açılıb.
TodayPress TV xəbər verir ki, Los-Anceles stadionunda keçirilən 1/4 final mərhələsinin matçında ispanlar hesabı açıblar - 1:0.
30-cu dəqiqədə Fabian Ruiz fərqlənib.
23:00
Futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində İspaniya - Belçika oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, qarşılaşma Los-Ancelesdə keçirilir və qalib komanda yarımfinalda Fransa ilə qarşılaşacaq.