Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal və bürünc medal oyunları keçirildi

Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal və bürünc medal oyunları keçirildi
24.07.2025 19:00 İdman

Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal və bürünc medal qarşılaşmaları baş tutub.

TodayPress TV xəbər verir ki, Bakı Su İdmanı Sarayında təşkil olunan yarışda ilk olaraq həm qadınlar, həm də kişilər arasında yarımfinal oyunları baş tutub və finala yüksələn komandalar müəyyənləşib.

Qadınların yarışında “Azərreyl-1” komandası “Milli Aviasiya Akademiyası-1” üzərində 2:1 hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib.

Digər finalçı isə “Azərreyl-2” və “Milli-2” komandaları arasında keçirilən qarşılaşmada müəyyənləşib.

Görüşdən 2:0 hesablı qələbə ilə ayrılan “Azərreyl-2” adını finala yazdırıb.

Kişilərin mübarizəsində yarımfinalın ilk qarşılaşması “Xilasedici-2” və “Murov Az Terminal-4” komandaları arasında olub. Görüş 2:0 hesabı ilə “Xilasedici-2”nin xeyrinə başa çatıb. Digər finalçının adına “Azərreyl-1” və “Azərreyl-2” komandaları arasında keçirilən oyunda aydınlıq gəlib.

Bu görüşdə 2:0 hesablı qələbə qazanan “Azərreyl-1” həlledici mərhələyə yüksəlib.

Bununla da bürünc medal uğrunda qarşılaşmalarda qadınlar arasında “Milli Aviasiya Akademiyası-1” – “Milli-2”, kişilər arasında isə “Murov Az Terminal-4” – “Azərreyl-2” komandaları qarşılaşıb.

Qadınlar arasında “Milli Aviasiya Akademiyası-1”, kişilər arasında isə “Azərreyl-2” komandaları qələbə qazanıblar və ölkə çempionatının bürünc medallarına sahib çıxıblar.

Qeyd edək ki, çempionatın final oyunları və mükafatlandırma mərasimi iyulun 25-də baş tutacaq. Finalda qalib gələn qadın və kişi komandaları klublararası Avropa çempionatında iştirak hüququ qazanacaqlar.

FOTOLAR

Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal və bürünc medal oyunları keçirildi — 1
Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal və bürünc medal oyunları keçirildi — 2
Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal və bürünc medal oyunları keçirildi — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər