"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov

"Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov
16.05.2026 22:40

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 32-ci turunda "İmişli"yə qalib gəldikləri matçdan (3:0) sonra oyun barədə fikirlərini bölüşüb.

TodayPress TV "sportal.az"a istinadən xəbər verir ki, baş məşqçi komandasında motivasiyanın qaydasında olduğunu vurğulayıb:

"Futbolçularımı bu vacib qələbə münasibətilə təbrik edirəm. Bununla da Avropa Liqasına vəsiqəni rəsmiləşdirdik. Bəlkə də meydanda nümayiş etdirilən oyunun keyfiyyəti o qədər də yüksək deyildi. Qarşımızda çox yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxmağı bacaran komanda var idi. Hesab 3:0 olsa da, bizim üçün hər şeyin tamamilə qaydasında getdiyini söyləyə bilmərəm. Lakin komandanın motivasiyası yerində idi və məhz bunun sayəsində inamlı qələbə əldə etdik. Stadionda bizimlə olan hər kəsə minnətdaram. Eyni zamanda "İmişli"yə də xüsusi təşəkkür düşür. Premyer Liqada ilk illəri idi, lakin buna baxmayaraq, mövsüm ərzində çox yaxşı təsir bağışladılar".

- Mətbuatda Kipr klubunda çıxış edən futbolçu ilə anlaşdığınızla bağlı xəbərlər var. Bu, nə dərəcədə doğrudur?

- Hazırda heç bir futbolçu ilə rəsmi razılaşmamız yoxdur. Bir çox oyunçu ilə danışıqlar aparırıq. Bəziləri mövsümün sonunu gözləyir, bəziləri düşünür.

- Komandanın Çempionlar Liqasında, yaxud Avropa Liqasında çıxış etməsi klubun transfer fəaliyyətinə və futbolçuların qərarına təsir göstərirmi?

- Məncə, etmir. Ötən mövsüm Çempionlar Liqasında oynayanda bunun canlı şahidi olduq. Avropanın ortabab ölkələrinin klublarında şərait o qədər yaxşılaşıb ki, oyunçular Azərbaycana gəlməyə isti yanaşmırlar. 

- Musa Qurbanlının zədəsi avrokubok oyunlarına kimi sağalacaq?

- Ola bilər ki, Avroliqa oyunlarına kimi düzəlməsin. Hələ məşqlərə başlamayıb, müalicəsi davam edir. Böyük ehtimal, belə olacaq.

- Bədavi Hüseynova yeni müqavilə təklif olunacaq?

- Böyük ehtimalla komandada qalacaq. Son oyunlarda çox yaxşı performans göstərdi. Qəti qərar verməsək də, ola bilər ki, bəzi futbolçularla vidalaşacağıq.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Все новости