Bədii gimnastika üzrə Dünya çempionatının növbəti ünvanı Bakı olacaq!

Bədii gimnastika üzrə Dünya çempionatının növbəti ünvanı Bakı olacaq!
16.08.2026 20:30

Frankfurtda keçirilən bədii gimnastika üzrə 42-ci Dünya çempionatının bağlanış mərasimi baş tutub.

Azərbaycan Gimnastika Federasiyasından TodayPress TV-yə verilən məlumata görə, mərasimdə Dünya Çempionatının bayrağı Almaniya nümayəndə heyəti tərəfindən Dünya Gimnastikasına, Dünya Gimnastikası tərəfindən isə Dünya çempionatının növbəti ev sahibinə, Azərbaycan nümayəndə heyətinə təqdim olunub.

Bayrağın təqdim olunması ilə bədii gimnastika üzrə 43-cü Dünya çempionatının 15-19 sentyabr 2027-ci ildə Azərbaycanda keçiriləcəyi ilə bağlı simvolik mərasim baş tutub.

Həm builki, həm də 2027-ci ildə Bakıda təşkil olunacaq 43-cü Dünya çempionatı Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyır. Bakıda keçiriləcək Dünya çempionatında fərdi və qrup hərəkətləri proqramında daha çox gimnastın lisenziya qazanma şansı olacaq, ona görə mundial gimnastların Olimpiya Oyunlarına vəsiqə qazanması baxımından daha vacib mərhələlərdən biridir.

Beləliklə, Azərbaycan həm Dünya çempionatına ev sahibliyi, həm də Olimpiya yolunda mühüm təsnifat mərhələsini qəbul etməklə dünya gimnastikasının diqqət mərkəzində olacaq.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 августа 2026
Yəmən ordusundan Husilərə GÜCLÜ ZƏRBƏ: 181 hərbi əməliyyat! 21:54 "Neftçi" mövsümə parlaq qələbə ilə başladı! 21:17 Misir Prezidenti Trampın elçisi ilə Qəzzadakı vəziyyəti müzakirə etdi 21:11 Ronaldu futbola vida etməyə hazırlaşır: "Son ilim ola bilər" 20:55 Bədii gimnastika üzrə Dünya çempionatının növbəti ünvanı Bakı olacaq! 20:19 Cared Kuşner İsrailə gedəcək? - RƏSMİ 20:03 Fransada yanğınlar gücləndi, 2 min hərbçi səfərbər edildi 19:47 "Sabah" və "Qarabağ"ın oyunları təxirə salındı 19:24 Tehranla Vaşinqton arasında gizli əlaqə üzə çıxdı - DETALLAR 19:00 Almaniyada miqrantların deportasiyası gözlənilənin əksinə AZALDI 18:39 "Neftçi SOCAR" Dünya Qadın Seriyasının "Sea Breeze" mərhələsində mübarizəni başa vurdu 18:14 İran ABŞ-ni Fars körfəzindən birdəfəlik çıxarır? - Rəsmi AÇIQLADI 17:59 ABŞ-İran arasında gizli mesajlaşma davam edir, lakin... 17:09 Şirvan kanalında kişi meyiti TAPILDI 17:20 "Sabah" – "Hapoel" oyununun biletləri satışa çıxarıldı! 17:16 Ekvador sahillərində "kabus gəmi": Balıqçılar silahlı şəxslərin əlinə keçdi! 16:44 Türkiyədə DƏHŞƏTLİ QƏZA: Ölən və yaralananlar var 16:36 Dunay bu həddə qədər qurudu: AES-i işlək saxlamaq üçün qeyri-adi addım atdılar 15:57 Ukraynanın keçmiş prezidenti Bakıya gəldi 15:50 Cəlilabad sakinlərinin DİQQƏTİNƏ! Sabah saat 10:00-dan… 15:37 Husilərə qarşı böyük hücum başladı: 24 saata 181 əməliyyat 15:28 Goranboyda yük maşını qəza törətdi: Yola 1 tona yaxın yanacaq töküldü 15:10 KTMT Ermənistanı sıxışdırır: “Qərar verin!” 14:50 Gənc əsgərlər Vətənə sədaqət andı içdi - VİDEO 14:09 Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ! 14:04 Все новости