Basketbolun kralı son səhnəni doğma şəhərində oynaya bilər

Basketbolun kralı son səhnəni doğma şəhərində oynaya bilər
19.02.2026 10:26

ABŞ Milli Basketbol Assosiasiyası (NBA) tarixinin ən böyük ulduzlarından biri sayılan Lebron Ceymsin “Klivlend Kavalyers”ə mümkün qayıdışı ilə bağlı yayılan xəbərlər basketbol ictimaiyyətində ciddi rezonans yaradıb. 


Superulduz minimal müqaviləyə razılaşsa, bu transfer demək olar ki, qaçılmaz ola bilər. Bu isə yalnız transfer xəbəri deyil, eyni zamanda Lebronun karyerasının növbəti fəlsəfi mərhələsi kimi də qiymətləndirilir.


Lebron Ceyms 2003-cü ildə NBA draftında ilk seçim kimi “Klivlend Kavalyers”ə gəldiyi gündən “seçilmiş” statusu ilə oynadı və bu yükün altından uğurla çıxmağı bacardı. Fiziki üstünlük, basketbol intellekti və liderlik keyfiyyətləri onu yalnız bir ulduz deyil, bütöv bir dövrün simvoluna çevirdi.

O, “Mayami Hit”lə qazandığı iki çempionluqdan sonra “Klivlend”ə qayıdaraq 2016-cı ildə klub tarixinin ilk NBA çempionluğunu rəsmiləşdirdi. Bu titul xüsusilə simvolik idi, çünki komanda finalda, hesabda 1:3 geridə olduğu seriyanı çevirərək tarix yazdı

Sonrakı mərhələdə “Los-Anceles Leykers”də çempionluq qazanan Lebron artıq üç fərqli klubda titul əldə edən nadir basketbolçular sırasına daxil oldu.


Lebronun ən böyük fərqləndirici xüsusiyyətlərindən biri onun uzunömürlü performansıdır. 20 ildən artıq karyeraya baxmayaraq, yüksək səviyyədə çıxış etməsi onun peşəkarlığının və fiziki hazırlığının göstəricisidir. Müasir NBA-da temp və atletizm artdıqca, onun hələ də elit səviyyədə qalması basketbol tarixində nadir hallardandır.

Minimal maaş məsələsi isə təkcə maliyyə qərarı deyil, bu, karyera prioritetlərinin dəyişməsi deməkdir. Əgər belə addım atılarsa, bu, Lebronun artıq fərdi rekordlardan daha çox miras və simvolik tamamlanma üzərində fokuslandığını göstərə bilər.


“Klivlend” Lebron üçün sadəcə klub deyil, bu, onun başlanğıcı və emosional bağlarının olduğu məkandır. Mümkün dönüş romantik final kimi qiymətləndirilə bilər. Belə ki, karyeranı başladığı şəhərdə başa vurmaq ideyası idman tarixində tez-tez rast gəlinən, lakin hər zaman böyük rezonans doğuran ssenaridir.

Eyni zamanda bu qərar basketbol strategiyası baxımından da maraqlıdır. Gənc heyətə sahib “Klivlend” üçün Lebronun təcrübəsi liderlik baxımından ciddi üstünlük ola bilər.


Qeyd edək ki, Lebron Ceyms artıq sadəcə basketbolçu deyil. O, idman mədəniyyətinin bir parçasıdır. Onun mümkün qayıdışı statistikadan daha çox simvolik məna daşıyır. Bu, həm bir dövrün tamamlanması, həm də əfsanənin öz hekayəsini necə bitirəcəyinə dair növbəti addım ola bilər.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
04 августа 2026
Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Kartdan-karta köçürməyə limit - Xeyriyyə kampaniyalarına necə təsir edəcək? 14:20 "Nizami" və "28 May" arasında avtobuslar ödənişli olacaq? 14:15 Глава МИД Швейцарии: Разминирование является одним из важнейших гуманитарных вызовов, с которыми столкнулся Азербайджан 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 Председатель ОБСЕ: Устойчивый мир между Азербайджаном и Арменией уже достижим 13:33 Изменение правил приема на 150 баллов: Претензия эксперта к ГЭЦ 13:30 Официально стало известно новое место работы тер Стегена! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Россия заблокировала тысячи напитков армянского происхождения 13:14 Объявлена погода на завтра: насколько тепло будет? 13:09 Звезде чемпионата мира предоставлена особая привилегия! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Назначен глава Исполнительной власти города Нахичевань 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Azərbaycan XİN başçısı ilə İqnasio Kassis arasında geniş tərkibdə görüş keçirildi - YENİLƏNDİ 11:57 Заявление Пезешкиана об отставке: Что происходит? 12:32 Şahbuzda zəlzələ oldu 12:24 Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılmasında əsas mərhələ başlayır 12:08 Баку немедленно перешел к действиям, Израиль приостановил процесс 12:01 Водители больше будут не нужны — В случае аварии... 12:00 Ceyhun Bayramov İqnazio Kassisi qarşıladı 11:37 Все новости