“Azzurri”də inqilab davam edir: Ranyeriyə yüksək vəzifə

“Azzurri”də inqilab davam edir: Ranyeriyə yüksək vəzifə
28.07.2026 17:25

Tanınmış italiyalı futbol mütəxəssis Klaudio Ranyeri İtaliya milli komandasının texniki direktoru vəzifəsinə təyin olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə məşhur jurnalist və transfer insayderi Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, 73 yaşlı mütəxəssis bu postda Paolo Maldinini əvəz edəcək.

Bundan əvvəl Roberto Mançininin yenidən İtaliya millisinin baş məşqçisi olacağı barədə xəbərlər yayılmışdı.

Xatırladaq ki, yığmanın baş məşqçi postuna namizədlərdən biri Andrea Pirlo idi. Lakin o, əvvəlki razılığa baxmayaraq bu vəzifəni qəbul etməyəcəyini açıqlamışdı. Buna səbəb Pirlonun Rusiya bukmeyker şirkəti ilə əməkdaşlığı ətrafında yaranan problemlər göstərilmişdi.

Bundan sonra İtaliya Futbol Federasiyasının texniki direktoru Paolo Maldini və onun müşaviri Leonardo da vəzifələrindən ayrılacaqları barədə məlumat yayılmışdı. Ranyerinin təyinatı ilə federasiyada aparılan struktur dəyişikliklərinin davam etdiyi bildirilir.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
28 июля 2026
UEFA Çempionlar Liqası: "KuPS" - "Sabah" matçında hesab açıldı - CANLI 19:05 Paşinyanın arvadı müraciət yaydı: Həyatım təhlükədədir! 19:50 Zelenski getdi, Netanyahu gəldi 19:57 Tramp Zelenskiyə nə vəd etdi? - Görüşdən ilk detallar və görüntülər 19:38 İsfahan Həsənov dünya çempionatında gümüş medal qazandı 19:42 Odessa sahillərində gəmi yanır - VİDEO 19:32 Aİ-dən Rusiyaya daha bir “paket” gəlir 19:27 Zelenski Ağ Evdən ayrıldı - YENİLƏNDİ 18:18 Erməni separatçıların məhkəməsində gərgin iclas - Prokuror nə istədi? 19:14 Daha bir yunan-Roma güləşçimiz bürünc medal qazandı 19:08 Müctəba Xamenei haradadır? - ABŞ və İsrail onun izinə düşdü 18:58 Paşinyanla danışan Putin niyə dərhal Əliyevə zəng etdi? 18:49 Zelenski Trampla görüşə qalstuksuz gəldi - VİDEO 18:37 Trampdan İrana ultimatum: “Bir saata…” 18:07 Azərbaycan güləşçisi Ömər Salmanov bürünc medal qazandı 18:22 Azərbaycanın Belqradda gündəmə gətirdiyi əsas məsələ nə oldu? 18:11 Qızıl medala bir addım: İki güləşçimiz finala yüksəldi 18:05 Джейхун Байрамов принял нового посла Германии в Азербайджане 17:33 Ermənistanı dünyaya terror dövləti kimi tanıdan türk diplomatlarının öldürüldüyü Lissabon aktı 17:33 Немцы меняют политическую систему — угроза фашизма в Европе? 17:28 “Azzurri”də inqilab davam edir: Ranyeriyə yüksək vəzifə 17:25 UFC çempionunun səmimi etirafı gündəm oldu 17:23 Daha 184 mənzil kirayə mexanizmi çərçivəsində satışa çıxarılır 17:20 Zidan: “Deşam Deşamdır, Zidan isə Zidandır” 17:12 20 yaşlı dahilərin tarixi dueli: dünya tacı uğrunda mübarizə 17:03 Все новости