Azərbaycan gimnastları tarix yazır: final və lisenziya!

Azərbaycan gimnastları tarix yazır: final və lisenziya!
11.04.2026 09:15

Portuqaliyada batut gimnastikası üzrə Avropa çempionatı davam edir. Yarış proqramına batut, ikiqat mini-batut və tamblinq növləri daxildir.

TodayPress TV “idman.biz”ə istinadən xəbər verir ki, Azərbaycan gimnastları Portimaoda keçirilən turnirdə uğurla çıxış edərək sinxron batut yarışlarında final mərhələsinə vəsiqə qazanıblar.

Böyüklər arasında qoşa sinxron yarışda Maqsud Mahsudov və Hüseyn Abbasov dueti finala yüksəlməklə yanaşı, 2027-ci il Avropa Oyunlarına lisenziya əldə edib.

21 yaşadək qarışıq qoşa yarışında Ayan Şabanova və İbrahim Mustafazadə də finala adlayaraq qızıl medal uğrunda mübarizə aparmaq hüququ qazanıblar.

Yeniyetmə oğlanların sinxron yarışında isə Ammar Baxşəliyev və Fərhad Mustafayev cütlüyü final mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, Avropa çempionatının qalib və mükafatçılarının adlarına aprelin 12-də aydınlıq gələcək.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
"Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Все новости