Arteta Premyer Liqa tarixində ilkə imza atdı

Arteta Premyer Liqa tarixində ilkə imza atdı
20.05.2026 09:48

Mikel Arteta İngiltərə Premyer Liqası tarixində unikal nailiyyətə imza atıb.

TodayPress TV “TNT Sports”a istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Premyer Liqada futbolçu kimi çıxış etdikdən sonra baş məşqçi qismində İngiltərə çempionu olan ilk şəxs olub. 

Arteta futbolçu karyerası ərzində “Everton” və “Arsenal” formalarını geyinib. O, “Everton”da 209, “Arsenal”da isə 150 oyunda meydana çıxıb.

İspaniyalı məşqçi çempionluq qazandıqdan sonra “Arsenal” futbolçularına müraciət edərək komandanın uğurunu dəyərləndirib.

“Biz yenidən tarix yazdıq. Bunu birlikdə etdik. Bu klubla əlaqəsi olan hər kəslə inanılmaz dərəcədə qürur duyuram və çox xoşbəxtəm. Gəlin bu anın həzzini çıxaraq”, - deyə Arteta bildirib.

“Arsenal”ın sabiq baş məşqçisi Arsen Venger komandanın 2025/2026 mövsümündə İngiltərə çempionu olmasına münasibət bildirib.

Təcrübəli mütəxəssis “Arsenal”ın rəsmi sosial şəbəkə hesabında futbolçuları və azarkeşləri təbrik edib.

“Bunu bacardınız.

Çempionlar başqaları dayandığı anda yoluna davam edir.

Bu sizin zamanınızdır. Gedin və hər anın dadını çıxarın”, - deyə Venger bildirib.

Qeyd edək ki, 37-ci turda “Arsenal” evdə “Börnli” üzərində 1:0 hesablı qələbə qazanıb. Paralel oyunda isə “Mançester Siti” səfərdə “Bornmut” ilə 1:1 hesablı heç-heçə edib. 

Nəticədə “Arsenal” 2025/2026 mövsümündə 82 xal toplayaraq vaxtından əvvəl İngiltərə çempionu olub. London təmsilçisi bununla da 22 illik çempionluq həsrətinə son qoyub.

Xatırladaq ki, “Arsenal” sonuncu dəfə 2003/2004-cü illər mövsümündə məhz Arsen Vengerin rəhbərliyi altında İngiltərə çempionu olub. 

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 Все новости