Almaniya mundial arzusu üçün hərəkətə keçdi

Almaniya mundial arzusu üçün hərəkətə keçdi
29.07.2026 08:45

Almaniya 2038 və ya 2042-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir.

TodayPress TV “The Athletic” nəşrinə istinadən xəbər verir ki, Almaniya 2026-cı il dünya çempionatının başa çatmasından dərhal sonra 2038 və ya 2042-ci il mundialını keçirmək üçün namizədliyini irəli sürmək niyyətini açıqlayıb.

Bu barədə “Ayntraxt” klubunun baş icraçı direktoru və Almaniya Futbol İttifaqının (DFB) İdarə Heyətinin üzvü Aksel Hellmann danışıb.

Həm DFB, həm də qurumun prezidenti Bernd Noyendorf 2042-ci il dünya çempionatına namizəd olmaq istəyir, eyni zamanda 2038-ci il üçün də müraciət ehtimalı nəzərdən keçirilir. Yekun qərar FIFA-nın qaydalarından asılı olacaq.

A.Helmann vurğulayıb ki, Almaniyada dünya çempionatını keçirmək üçün lazımi stadionlar, məşq bazaları, nəqliyyat və hotel infrastrukturu mövcuddur. Bununla yanaşı, bəzi arenaların müasir tələblərə uyğun yenilənməsinə ehtiyac olduğunu qeyd edib.

Hellmann xatırladıb ki, 2006-cı ildə Almaniyada keçirilən dünya çempionatı ölkənin beynəlxalq imicinə müsbət təsir göstərmişdi. Onun fikrincə, yeni mundial həm ölkənin tanıtımı, həm də nəqliyyat infrastrukturunun inkişafı baxımından uzunmüddətli fayda verə bilər.

Qeyd edək ki, 2030-cu il dünya çempionatı İspaniya, Portuqaliya və Mərakeşdə keçiriləcək. Turnirin bəzi oyunlarına isə Uruqvay, Argentina və Paraqvay ev sahibliyi edəcək. 2034-cü il mundialı isə Səudiyyə Ərəbistanında təşkil olunacaq.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
29 июля 2026
Qızıl uğur! Sona Ağayeva beynəlxalq turnirdə zirvəyə yüksəldi 12:03 Paşinyan Putinə təcili zəng etdi - Nə danışıblar ? 12:01 NBA təcrübəli məşqçi “Gəncə”nin sükanı arxasına keçdi 11:56 Tikilməkdə olan bina uçmağa başlayıb - VİDEO 11:50 Массовая гибель домашней птицы — что происходит в южном регионе 11:35 "Sudan səbəblər"dən Sudanda başlayan müharibə ara vermir 11:28 Кто заказал нападение предателей Родины на Гаджиева? 11:23 “SİMA İmza”nın üztanıma həlli kirayə mənzil seçimində tətbiq olunacaq 11:15 Neft 81 dollar oldu 11:13 Новость, потрясшая мир единоборств: Энтони Смит задержан 11:00 Французы открыли огонь по депутату короля, сказав, что проводят учения 10:50 В Бузовне столкнулись автобус и грузовик 10:44 Золото подешевело, серебро подорожало 10:39 Путин встревожился настолько, что изменил договор, заключенный с Узбекистаном и Казахстаном 10:25 Universitetlərə ixtisas seçiminin başlayacağı tarix bilindi 10:20 Результаты приема в магистратуру могут быть объявлены до завтрашнего дня 10:09 Ruslar Ermənistana qaçmağa başladılar - Putinin müharibə qorxusu başına bəla oldu 10:07 U-17 mundialında həlledici gün: Güləşçilərimiz medal ovunda 09:55 Азербайджанская нефть подешевела более чем на 4 доллара 09:48 Dünya çempionunun transferi iflasın bir addımlığındadır 09:32 Embiid yeni mövsüm öncəsi azarkeşləri həyəcanlandırdı 09:22 Курсы валют на сегодня 09:21 «Чемпионат мира не продается!» — жесткое послание премьер-министра ФИФА 09:17 Тишина нарушена! — КСИР обрушил ракетный дождь на американскую базу 09:11 Gecə Yaxın Şərqdə nələr baş verdi? – Bazalar vuruldu -VİDEO 08:57 Все новости