Afrika Kubokunda yeni tarix: “Real”ın ulduzundan inanılmaz rekord

Afrika Kubokunda yeni tarix: “Real”ın ulduzundan inanılmaz rekord
10.01.2026 10:30

Madrid “Real”ının və Mərakeş millisinin hücumameyilli yarımmüdafiəçisi  Braim Dias Afrika Millətlər Kubokunda unikal rekord müəyyənləşdirib. 

TodayPress TV xəbər verir ki, o, turnirin final mərhələsində ardıcıl beş oyunda qol vuran ilk futbolçu olub.

Afrika Kuboku – 2026 turnirində Dias Mərakeş millisinin keçirdiyi bütün qarşılaşmalarda fərqlənib. O, qrup mərhələsində Komor adaları (2:0), Mali (1:1) və Zambiya (3:0) yığmalarının hər birinə bir qol vurub. Braim 1/8 finalda Tanzaniya (1:0) və 1/4 finalda Kamerun (2:0) ilə oyunlarda da adını tabloya yazdırıb.

Braim Diasın bu qollu seriyası Mərakeş millisinin yarımfinala yüksəlməsində həlledici rol oynayıb. Komanda yarımfinalda Əlcəzair — Nigeriya cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Dias İspaniyada doğulub. O, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib və əsas millidə yoldaşlıq oyunlarında forma geyinib. Lakin 2024-cü ildə idman vətəndaşlığını dəyişərək, atası tərəfdən mərakeşli kökləri olduğu üçün Mərakeş millisinin şərəfini qorumağı seçib.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Все новости