AFA rəhbərinə qarşı milyonluq ittiham

AFA rəhbərinə qarşı milyonluq ittiham
27.12.2025 10:07

Argentina prokurorluğu Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapia və qurumun xəzinədarı Pablo Toviqino barəsində 19 milyard pesodan (13 milyon ABŞ dollarından çox) sosial ödənişlərin ödənilməməsi ilə bağlı ittiham irəli sürüb. 

TodayPress TV "La Nacion" nəşrinə istinadən xəbər verir ki, prokuror Klaudio Navas Rial AFA əməkdaşları və ölkənin aparıcı klublarının işçiləri üçün nəzərdə tutulmuş pensiya ayırmalarının qanunsuz saxlanılması iddiası çərçivəsində Tapia və Toviqinoya qarşı rəsmi ittiham irəli sürüb.

İttiham aktı artıq hakimə təqdim olunub və Argentinada genişmiqyaslı istintaq başlanıb. İş materiallarında AFA-nın maliyyə departamentinin sədr müavini Lusiano Nakis də yer alır. 

Bundan əlavə, istintaq orqanları AFA rəhbərliyinin Pilar şəhərində yerləşən 10 hektarlıq mülkə mümkün sahiblik məsələsini də araşdırır. Bildirilir ki, həmin ərazidə helikopter meydançası, at ferması və 50-dən çox retro avtomobil mövcuddur.

Qeyd edək ki, dekabrın ortalarında senator və Argentinanın sabiq təhlükəsizlik naziri Patrisiya Bullriç KONMEBOL-a müraciət edərək Tapianın fəaliyyətinin yoxlanılmasını tələb etmişdi. O, xüsusilə reklam gəlirlərinin bölüşdürülməsi, mükafat pulları ilə Tapianın ezamiyyə xərcləri arasındakı nisbət, eləcə də klubların borclarının idarə olunması mexanizminin araşdırılmasını istəmişdi.

Namiq HUN

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 ABŞ və İranın ortaq tələbi cavabsız qaldı: İsrail geri addım atmır 21:26 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 "США не победили, Иран не проиграл" — пишет Рамиз Юнус... 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Все новости