ABŞ-nin İran millisindən tələbi: Dərhal ölkədən çıxın

ABŞ-nin İran millisindən tələbi: Dərhal ölkədən çıxın
27.06.2026 22:15

ABŞ hökuməti İran milli futbol komandasının oyunçularından DÇ-2026-da qrup mərhələsinin son turunda Misir yığması ilə matç başa çatan kimi ölkəni dərhal tərk etməyi tələb edib.

TodayPress TV xəbər verir ki, bunu iyunun 27-də İran millisinin baş məşqçisi Əmir Qalenoi "RIA Novosti" agentliyinin sualını cavablandırarkən bildirib.

Mütəxəssis mətbuat konfransında ev sahibi tərəfin sərt şərtlərindən danışıb. Onun sözlərinə görə, komanda bu cür məhdudiyyətlərlə artıq üçüncü dəfədir üzləşir.

"Matçdan sonra bədənin bərpaya ehtiyacı olur. Oyundan dərhal sonra üç saatlıq uçuş etmək məcburiyyəti bərpa prosesini gecikdirir", - deyə o bildirib.

Qalenoi qeyd edib ki, bu cür tələblər idmançılar üçün əlavə stres yaradır. Baş məşqçi ABŞ hökumətinin davranışını dəhşətli adlandıraraq vurğulayıb ki, futbolçulara hazırkı hərbi əməliyyatlar da təsir göstərir.

"Ümid edirəm ki, dünya bunu görəcək. Bu yanaşmalar bizə zərər vurur. Amma biz yaxşı nəticə göstəririk və komandamızla fəxr edirik", - deyə Qalenoi əlavə edib.

Baş məşqçi xarici təzyiqlərə və ev sahibi ölkənin sərt qaydalarına baxmayaraq, futbolçularının nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 августа 2026
"Liverpul" "Barselona"nın ulduzunu istəyir! 01:39 Almaniya sahillərində TƏHLÜKƏLİ MƏNZƏRƏ: Dənizi zəhərli yosunlar bürüdü 01:42 Rusiya və Suriya arasında birbaşa uçuşlar bərpa edilir 01:45 Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 290-ı KEÇDİ! 01:35 19 yaşlı üzgüçü dünya rekordunu yenilədi! 00:54 "Hizbullah"dan Livana XƏBƏRDARLIQ: İsraillə danışıqları dayandırın! 01:04 Fransa yanır, Makron istirahət edir: Prezidentə qarşı etirazlar artdı! 00:47 Türkiyədə yenə PUA TAPILDI! – Bir sutkada üçüncü hadisə 01:14 Yaponiyada 5,4 maqnitudalı zəlzələ baş verdi 01:08 "İranın hava məkanına yaxın ərazidə dövrə vururlar" – Fars körfəzindəki son vəziyyət AÇIQLANDI 00:43 Mərakeş polisi Seutada yüzlərlə miqranta qarşı güc tətbiq edir 00:24 Qətər İranlı pilotların saxlanılması barədə iddiaları RƏDD ETDİ 23:56 Tramp administrasiyası "Apple"ın Çin yaddaşından istifadəsinə qarşı çıxdı 23:41 Husilərin hücumundan sonra Yəmən ordusu hərəkətə keçdi - VİDEO 23:23 Sərnişinlərin NƏZƏRİNƏ!: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi 23:12 Rusiya bir gündə 180 Ukrayna PUA-sını vurdu 22:59 Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub etdi 22:51 ABŞ Azərbaycana tətbiq edilən 907-ci düzəlişlə bağlı qərarını uzadır? 22:37 Türkiyədən Livana 15,6 tonluq tibbi yardım 22:26 Zelenskinin "Patriot" çağırışları çarəsizlik əlaməti kimi qiymətləndirildi 22:18 Trampın İran siyasəti Körfəzi ayağa qaldırdı: ABŞ müttəfiqləri narazıdır! 22:05 İran ABŞ-ni Dostoyevski ilə “vurdu” 21:48 Taliban ABŞ-yə ilk addımı atdı: “Kabula qayıdın” 21:33 Azərbaycandan İndoneziyaya başsağlığı: “Yanınızdayıq!” 21:13 Ərdoğan Trampın F-35 sözünü tutmasını gözləyir 21:03 Все новости