10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı

10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı
25.07.2026 13:34

Bakıda Avropa Cüdo Ümidləri Turnirinə start verilib.

TodayPress TV xəbər verir ki,  Avropa Cüdo Birliyi (EJU) və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçirilən yarışda 10 ölkədən 81 klubun 289 yeniyetmə cüdoçusu mübarizə aparır.

İki gün davam edəcək turnirdə Azərbaycan, Almaniya, Macarıstan, İsrail, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə və Ukraynanı təmsil edən idmançılar U-14 və U-16 yaş kateqoriyalarında tatamiyə çıxırlar. Yarış iştirakçılarının 245-i oğlan, 44-ü isə qız cüdoçudur.

Turnirlə paralel olaraq, 24-26 iyul tarixlərində iştirakçılar üçün texniki seminarlar da keçirilir. Kodokan mütəxəssisi, ikiqat Olimpiya mükafatçısı, üçqat dünya çempionu Misato Nakamura və Olimpiya mükafatçısı Mariya Çentrakkionun rəhbərliyi ilə təşkil olunan seminarlarda iştirakçılar müasir texniki yanaşmalar, fəndlərin incəlikləri və məşq metodikaları ilə bağlı biliklərini artırmaq imkanı əldə edirlər.

Qeyd edək ki, Avropa Cüdo Ümidləri Turniri Avropa Cüdo Birliyinin yeniyetmə cüdoçuların inkişafına yönəlmiş ən mühüm layihələrindən biridir. Yarış beynəlxalq təcrübənin artırılması, müxtəlif cüdo məktəbləri arasında əlaqələrin möhkəmləndirilməsi və gələcəyin perspektivli idmançılarının yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


ФОТО

10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı — 1
10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı — 2
10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı — 3
10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı — 4
10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı — 5
10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı — 6
ЛЕНТА НОВОСТЕЙ
25 июля 2026
TEHRANDA TƏCİLİ GÖRÜŞ! İran və Ermənistan birgə qərar qəbul etdi 15:42 Azərbaycanın boks milliləri qardaş ölkəyə yollandılar 15:08 Qızıl əlçatmaz olmağa davam edir - Qiymət qalxdı 15:03 Abşeronda "BMW" yanıb külə döndü - VİDEO 14:54 Ukrayna Xəzərdə xüsusi əməliyyat keçirdiyini açıqladı 14:42 Avtomobil yoldan çıxıb yeraltı keçidə düşdü - FOTOLAR 14:23 Təhsil naziri istefa verdi - Qəzəbli gənclər onu istefaya göndərməyi bacardı 13:57 Prezident Milix Yevdayevi 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi 14:13 12 yaşlı qızı qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı bacısı tutuldu - FOTO 13:41 SON DƏQİQƏ: Zaporojyedə tətil düşərgəsi vuruldu - Ölənlər və yaralananlar var 13:33 10 ölkənin yeniyetmə cüdoçuları Bakıda toplaşdı 13:23 Fransada son 50 ilin ən böyük yanğını: Ordu səfərbər olundu 13:11 Sabah dənizə getmək istəyənlərin nəzərinə! 12:57 Yay özünü göstərməyə başladı - Sabah bir isti olacaq ki... 12:50 Воздушное пространство страны НАТО нарушено — ситуация накаляется 12:38 Переводы денег из России в Азербайджан станут невозможны — ПРИЧИНА 12:27 Rusiya pendirdən də yan keçmədi – Ermənistana növbəti zərbə 12:19 США передают ядерное оружие арабской стране? – «Соглашения Авраама» могут уйти в историю 11:57 «Создай партию, мы проголосуем...» — первая поддержка «новой партии» Озеля пришла из этой страны 11:40 Поезд сбил 53-летнего мужчину, довел его до неузнаваемого состояния 11:15 Умер бывший начальник Бакинского СИЗО 11:24 Ukrayna dronları Rusiyanın "Wildberries" anbarını vurdu 11:06 BDYPİ sürücülərə müraciət etdi 10:54 Кто финансирует «блогеров-матерщинников» — изменников родины в Европе? 10:34 Объявлена последняя цена азербайджанской нефти 10:24 Все новости