Xəzərdə suitilərin ölümü ekoloji təhlükə yaradır: "Onlar dənizin sanitar həkimləridir"

Xəzərdə suitilərin ölümü ekoloji təhlükə yaradır: "Onlar dənizin sanitar həkimləridir"
05.11.2025 18:48

Son dövrlərdə Xəzər dənizinin müxtəlif sahillərində, xüsusilə Qazaxıstan və Türkmənistan sahillərində suitilərin kütləvi şəkildə ölüləri tapılır. 

Ekoloq Sadiq Həsənov TodayPress TV-yə açıqlamasında bildirib ki, bu hadisə narahatlıq doğurur və bir neçə əsas amillə bağlı ola bilər.


Onun sözlərinə görə, suitilərin ölümünə təsir edən ən vacib faktor Xəzər dənizinin çirklənməsidir:

"Uzun illərdir Xəzər dənizində neft və qaz hasilatı aparılır. Bu proseslər zamanı dənizə müxtəlif kimyəvi maddələr, lay suları, qum və gil qatışıqları axıdılır. Onların tərkibində demək olar ki, Mendeleyev cədvəlindəki bütün elementlər mövcuddur. Nəticədə dəniz mühitinin çirklənməsi həm balıqlara, həm də suitilərə ciddi təsir edir".

Ekoloq əlavə edib ki, suitilərin azalmasının digər səbəbləri arasında qida çatışmazlığı da var:

"Suitilər əsasən kiçik balıqlarla, xüsusilə kilkələrlə qidalanırlar. 2000-ci illərdə Xəzərdə milyonlarla kilkə kütləvi şəkildə tələf olmuşdu. Bu hadisədən sonra suitilərin yem bazası xeyli zəiflədi. İri balıqların da yem mənbələri azaldığı üçün suitilər qida çatışmazlığından əziyyət çəkirlər".

Ekspert, həmçinin qeyd edib ki, suitilər bəzən kütləvi şəkildə hərəkət edərkən balıq sürüləri ilə toqquşur və bu da onların ölümünə səbəb olur. Eyni zamanda onların arasında yayılan xəstəliklər də bu prosesdə rol oynayır:

"Qazaxıstan, Türkmənistan, Rusiya və Azərbaycan alimləri bu hadisəni elmi şəkildə araşdırırlar. Lakin suitilərin çoxu öldükdən bir neçə gün sonra tapıldığı üçün tibbi analiz aparmaq çətinləşir və dəqiq səbəbi müəyyən etmək mümkün olmur. Statistik məlumatlara görə, XX əsrin əvvəllərində Xəzər dənizində təxminən 1 milyon suiti mövcud olub. 1980-1990-cı illərdə bu say 350-400 minə, hazırda isə təxminən 100 minə qədər enib".

Ekoloq suitilərin ekosistemdəki roluna da diqqət çəkib. O bildirib ki, suitilər Xəzər dənizinin sanitar həkimləri sayılır. Onlar xəstə və zəif balıqlarla qidalanmaqla dənizdə bioloji tarazlığı qoruyurlar. Təəssüf ki, bu gün Abşeron sahillərində onların əvvəlki qədər görünməməsi ciddi siqnaldır.

Sadiq Həsənov vurğulayıb ki, suitilərin azalması təkcə bioloji deyil, ekoloji təhlükədir:

"Şirin su mənbələrinin dənizə axması da azalıb. Suitilər adətən bala vermək üçün şirin suya doğru hərəkət edirlər. Bu axınların zəifləməsi onların çoxalmasına da mənfi təsir göstərir. Xəzərin sağlamlığı suitilərin taleyi ilə sıx bağlıdır və dənizin çirklənməsi problemi aradan qaldırılmasa, növlərin itməsini dayandırmaq çətin olacaq", - deyə o, fikrini sonlandırıb.

Türkan İsgəndərli

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 Председатель ОБСЕ едет в Баку: Что будет обсуждаться? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Назначен новый заместитель министра — подписано распоряжение 12:38 Какая погода будет завтра? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Взгляды прикованы к визиту Президента Алиева в Среднюю Азию: Азербайджан на пороге спасения мира 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Все новости