Uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınadılar

Uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınadılar
30.05.2025 15:26 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qeyri-adi addım atıb.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Xüsusi qayğıya ehtiyacı olan bir qrup uşaq Agentliyin aparatında qonaq olaraq burada çalışan bəzi əməkdaşları iş başında əvəz ediblər.

Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinin övladları və Agentliyin tabeliyində olan uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar müxtəlif fəaliyyət sahələrində özlərini sınamaq imkanı əldə ediblər.

Müxtəlif yaş qruplarına aid olan uşaqlar Agentliyin Vətəndaş qəbulu, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, İnsan resurslarının idarə edilməsi, İctimaiyyətlə əlaqələr və kommunikasiya, ofis meneceri və digər sahələrdə bacarıqlarını nümayiş etdiriblər.

Onlara həssas əhali qruplarından olan vətəndaşlarla işləmək prinsipləri, sənədlərin arxivləşdirilməsi, daxil olan zənglərə cavab verilməsi qaydaları izah edilib.

Uşaqlar həmçinin bəzi struktur rəhbərlərinin rollarını imitasiya edib, qurum rəsmisi kimi müsahibə verib, qrafik dizayner işlərini icra ediblər.

FOTOLAR

Uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınadılar — 1
Uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınadılar — 2
Uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınadılar — 3
Uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınadılar — 4
Uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınadılar — 5
Uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınadılar — 6
Uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınadılar — 7
Uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınadılar — 8
Uşaqlar özlərini Sosial Xidmətlər Agentliyinin əməkdaşları kimi sınadılar — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Bütün Xəbərlər