SXA: 133 uşağın dərsə davamiyyəti bərpa olunub

SXA: 133 uşağın dərsə davamiyyəti bərpa olunub
19.01.2026 11:36

“2025-ci ildə risk qrupuna aid uşaqların qorunması məqsədilə məktəblərdə sosial-psixoloji qiymətləndirmə və ailələrlə sosialyönümlü iş aparılıb”.

TodayPress TV xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov agentliyin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, artıq 3 ildir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində “Təhsildə sosial iş” xidməti həyata keçirilir:

“Bu xidmət çətin həyat şəraitinə düşmə riski olan uşaqların aşkarlanmasına və onlarla sosial-psixoloji işin aparılmasına yönəlib “Təhsildə sosial iş” xidməti məktəblilərə və onların ailələrinə sosial xidmətlərin göstərilməsini, uşaqların sosial uğurlarının dəstəklənməsini, müdafiəsinin təmin olunmasını, zorakılıq və pis rəftarın qarşısının alınmasını, həmçinin bu sahədə məlumatlılığın artırılmasını hədəfləyir”.

2025-ci il ərzində Agentliyin sosial işçiləri tərəfindən 414-ü yeni olmaqla ümumilikdə 685 məktəbə səfər edilib, əməkdaşlıq edilən məktəblərin sayı isə 1140-a çatdırılıb.

Qeyd olunan dövrdə 1392 uşaqla məktəbdə ilkin qiymətləndirmə aparılıb, vəziyyəti daha riskli hesab edilən 320 uşağın ailələrinə səfər edilərək ətraflı qiymətləndirmə həyata keçirilib.

Nəticədə uşaqların ailələri ilə sosialyönümlü iş aparılıb, 133 uşağın dərsə davamiyyəti bərpa olunub. Baxımsız və kimsəsiz uşaqlar Agentliyin Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilib, bəzi uşaqlar fərdi təhsilə yönləndirilib, eləcə də loqopedə cəlb edilərək müsbət nəticə əldə olunan uşaqlar olub.

Bildirilib ki, hesabat dövründə 142 ailə üçün fərdi inkişaf planı da hazırlanıb.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Ərəb qaçqınları İspaniyaya daraşdı - Minlərlə insan bir anda sərhədi keçdi 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Азербайджан и Кыргызстан создадут новые рабочие места 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Раскрыт секрет эпатажного имиджа Ламина Ямаля 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Садыр Жапаров наградил Ильхама Алиева высшей государственной наградой Кыргызстана — орденом «Манас» 09:16 Объявлена цена на нефть марки Brent 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Атака беспилотников на Россию: поражены нефтезаводы и крупные логистические центры 08:52 Все новости