Sənədləri qaydasında olmayan şəxslər sosial müavinətləri necə ala bilərlər? – AÇIQLAMA

Sənədləri qaydasında olmayan şəxslər sosial müavinətləri necə ala bilərlər? – AÇIQLAMA
08.07.2025 17:35 Sosial

Sosial müavinət almaq hüququ olan bir çox insan sənədlərinin qaydasında olmaması və ya adlarına olan əmlak səbəbilə bu imkandan istifadə edə bilmir. Maraqlıdır ki, belə şəxslərin bir qismi vəziyyəti düzəltmək əvəzinə, heç bir addım atmır. 

Bəs səbəb nədir?  

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, ölkədə sosial yardımın verilməsinə dair qanunvericilik dəqiq tələblər qoyur.

O, əlavə edib ki, qaydada açıq şəkildə göstərilir ki, şəxsin adına maksimum bir əmlak ola bilər. 

“Əgər şəxsin adına ikinci əmlak varsa, bu, artıq onun aztəminatlı kateqoriyasına düşməsinə imkan vermir. Yəni bu, müəyyən olunmuş meyardır. Əgər bir şəxs ünvanlı sosial yardım almaq istəyirsə, bu qaydalara uyğun olmalıdır. Uyğun deyilsə, haqqı çatmır və bu zaman şikayət etməyin də mənası yoxdur. Əgər ehtiyacı varsa, həmin əmlakı üzərindən çıxartmaq, sənədləri qaydaya salmaq kimi addımlar atmalıdır”.

İqtisadçının fikrincə, vətəndaşların ehtiyacı olduğu halda bu cür sənədlərini düzəltməmələrinin bir neçə səbəbi ola bilər:

“Sənədləri qaydaya salmaq uzun və çətin bir proses kimi görünür. İnsanlar bu prosedurlardan qorxur və ya yorulur. Bəzi şəxslər bu prosedurları necə aparacağını bilmir və lazımi məlumatı əldə etməyə çalışmır. Bəzən illərdir adı üzərində olan əmlakın çıxarılması ailədaxili mübahisələrə səbəb ola bilər deyə, insanlar bu addımı atmır”.

Qeyd edək ki, Milli Məclisin deputatı Razi Nurullayev TodayPress TV-də yayımlanan “Reaksiya” rubrikasında bildirib ki, Azərbaycanda sosial müaviənətlərin verilməsi ilə bağlı şərtlər normal sayıla bilər. Amma ölkəmizdə insanların sənədlərinin qaydasında olmaması bu işi çətinləşdirir.  Belə ki, insanlar haqqı olsa belə, sənədləri düz olmadığı üçün sosial müavinəti ala bilmirlər.

Türkan İsgəndərli

FOTOLAR

Sənədləri qaydasında olmayan şəxslər sosial müavinətləri necə ala bilərlər? – AÇIQLAMA — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər