Psixonevroloji sosial xidmət müəssisəsinə mediatur təşkil olundu

Psixonevroloji sosial xidmət müəssisəsinə mediatur təşkil olundu
05.09.2025 16:39 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Gəncə şəhərində yerləşən 4 saylı psixonevroloji sosial xidmət müəssisəsinə mediatur təşkil edilib.

TodayPress TV xəbər verir ki, jurnalistlər müəssisədə göstərilən xidmətlərlə əyani tanış olublar. Onlara burada kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan şəxslərlə aparılan reabilitasiya işləri, burada fəaliyyət göstərən şöbələrin iş prinsipləri, göstərilən xidmətlərin formaları, müəssisəyə qəbul qaydaları barədə məlumat verilib.  

Bildirilib ki, 3 mərtəbəli, 110 çarpayılıq müəssisədə psixi və yüngül formalı əqli pozuntuları ilə əlaqədar əlilliyi yaranan və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan 18 yaşdan yuxarı şəxslərə sosial xidmət göstərilir. Burada hazırda 108 şəxs stasionar şəraitdə xidmətlə təmin olunur.

Psixonevroloji sosial xidmət müəssisəsinə qəbul şəxsin özünün və ya qanuni nümayəndəsinin müraciəti, həmçinin bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının ərizəsi əsasında Agentliyin yerli qurumları və ya DOST mərkəzləri vasitəsilə aparılır. Müəssisədə sakinlərin yaşayış yeri, yemək və geyimlə, sosial-məişət, sosial-hüquqi xidmətlərlə təminatı həyata keçirilir, onlar üçün asudə vaxtlarının səmərəli təşkili üçün tədbirlər, ekskursiyalar və s. də təşkil olunur.  

Hazırda Agentliyin Bakıda və bölgələrdə olmaqla 4 psixonevroloji sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə 576 şəxs sosial xidmətlərdən yararlanır.

TodayPress TV

FOTOLAR

Psixonevroloji sosial xidmət müəssisəsinə mediatur təşkil olundu — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər