"İnnovativ Təşəbbüslər" ictimai birliyi Qərbi Azərbaycanın dağıdılan qədim irsi- qoçdaş və atdaş abidələri layihəsinin icrasına start verdi

"İnnovativ Təşəbbüslər" ictimai birliyi Qərbi Azərbaycanın dağıdılan qədim irsi- qoçdaş və atdaş abidələri layihəsinin icrasına start verdi
02.06.2025 11:14 Sosial

"İnnovativ Təşəbbüslər" ictimai birliyi Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agenyliyinin maliyyə yardımı ilə Qərbi Azərbaycanın dağıdılan qədim irsi- qoçdaş və atdaş abidələri layihəsinin icrasına start vermişdir. 

Tarixi Reallıq: Zəngəzur Türk-Müsəlman Yurdu olmuşdur

TodayPress TV xəbər verir ki, Zəngəzur əsrlər boyu Azərbaycan türklərinin məskəni olmuş, burada zəngin mədəniyyət, dini-tarixi abidələr və türk xalqları yaşamışdır. Bu bölgədə türk-müsəlman əhalisi çoxluq təşkil etmiş, kəndlər, qəbiristanlıqlar, məscidlər, karvansaralar bu tarixi varlığı sübut etmişdir. Qoçdaş və Atdaş abidələri də bu türk varlığının sarsılmaz izləridir.

1. Sovet Siyasəti və Zəngəzurun Azərbaycandan Ayrılması

1920-1923-cü illərdə Sovet hakimiyyətinin Qafqazda apardığı sərhəd dəyişiklikləri nəticəsində Zəngəzur bölgəsi Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirildi. Bu addımın arxasında:

Bölgədə “Ermənistanın ərazi bütövlüyü”nü təmin etmək,

Zəngəzuru Azərbaycanla Naxçıvan arasında süni şəkildə “divar” etmək,

Türk dünyasının fiziki əlaqəsini kəsmək məqsədləri dayanırdı.

Bu, tarixi bir ədalətsizlik və planlı geopolitik layihə idi.

2. Beynəlxalq Sükut və İkili Standartlar

Dünya ictimaiyyəti, xüsusən Qərb gücləri bu bölgədə baş verən tarixi ədalətsizliyə ya göz yumdu, ya da Ermənistanın "qurban obrazı"nı müdafiə etməklə birtərəfli mövqe tutdu. Səbəblər:

Ermənistanın xristian ölkəsi olması və Qərb ölkələri tərəfindən dini və mədəni yaxınlıq səbəbindən dəstəklənməsi;

Rusiyanın bölgədə strateji maraqlarını qorumaq üçün Ermənistanı dəstəkləməsi;

Azərbaycan torpaqlarının və tarixinin dünya miqyasında kifayət qədər tanıdılmaması;

Tariximizi düzgün şəkildə təbliğ edə bilən qurumların, muzeylərin və beynəlxalq platformalarda aktivliyin çatışmazlığı.

3. Tarixin Təhrif Olunması və Erməni İddialarının Qloballaşdırılması

Ermənilər uzun illər boyu beynəlxalq aləmdə güclü diaspor vasitəsilə tarixi faktları təhrif edərək, Zəngəzur da daxil olmaqla bir çox Azərbaycan torpağını özününküləşdirmək üçün mədəni, siyasi və akademik səviyyədə kampaniyalar aparıblar. Dünya mediası və bəzi Qərb institutları da buna göz yumub və ya dolayı dəstək verib.

4. Bugünkü Reallıq və Yol Xəritəsi

Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra daha güclü mövqedədir. Zəngəzur dəhlizi ilə bağlı müzakirələr və regionda yeni reallıqlar bu tarixi ədalətsizliyin bir gün düzələcəyinə ümid verir. Lakin bu:

Tarixi həqiqətlərin beynəlxalq səviyyədə sistemli şəkildə təbliği,

Zəngəzurun türk mədəni irsinin araşdırılması, sənədləşdirilməsi və tanıdılması,

Güclü elmi və diplomatik əsaslı strategiya ilə mümkündür.

XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər