ƏƏSMN-də dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirildi

ƏƏSMN-də dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirildi
23.06.2025 15:19 Sosial

23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində daimi dövlət qulluğuna yeni qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilib. 

TodayPress TV xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Dövlət Qulluqçularının Peşə Bayramı günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

O bildirib ki, Prezident cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilənlər sırasında Nazirliyin 10 nəfər əməkdaşı da var və ümumilikdə 2018-ci ildən Nazirliyin 157 əməkdaşı dövlət təltiflərinə layiq görülüb.

Anar Əliyev təltif olunmuş Nazirlik əməkdaşları adından göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib. Nazir Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə demokratik dəyərlər və mütərəqqi prinsiplər əsasında dövlət idarəetmə sisteminin qurulması ilə bağlı xidmətlərini vurğulayıb.

Qeyd edib ki, Ulu Öndərin tapşırığı ilə bu sahədə milli qanunvericilik yaradılıb və Prezident İlham Əliyevin uğurlu islahatlar proqramı əsasında dövlət qulluğu sistemi ildən-ilə daha da təkmilləşib. Dövlətimizin başçısının "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır” sözləri dövlət qulluğuna qəbul olunan hər bir şəxs üçün daim əsas fəaliyyət prinsipi olmalıdır.

Təltif olunan və Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələrinə təyin olunan əməkdaşları təbrik edən Anar Əliyev onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı 25 il” mövzusunda çıxış edib. Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesi, bu sahədə görülmüş  işlərin nəticələri haqqında məlumat verilib. Tədbirdə Azərbaycanın Dövlət Himni səslənib və Nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələrinə işə qəbul olunan 42 nəfər əməkdaş and içib.

Dövlət qulluğunda çalışan ən gənc əməkdaşın çıxışı dinlənilib və dövlət qulluğuna yeni qəbul olunmuş şəxslərə xidməti vəsiqələr təqdim edilib. Onlar çıxış edərək göstərilən inam və etimadı daim layiqli səviyyədə doğruldacaqlarını bildiriblər.

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Bütün Xəbərlər