Dünyanı təhdid edən qorxulu problem Bakıya çatdı – Nə edəcəyik?

Dünyanı təhdid edən qorxulu problem Bakıya çatdı – Nə edəcəyik?
24.06.2026 09:27

Dünyada getdikcə daha ciddi problemə çevrilən su qıtlığı artıq Bakıda da özünü göstərməyə başlayıb. Hətta paytaxtın bəzi rayonlarında suyun verilmə qrafikində müvəqqəti məhdudiyyətlər tətbiq edilir. Məlumata görə, ayrı-ayrı ərazilərdə su təchizatı saatları 2-3 saat azaldılıb.

Bakıda su böhranı niyə yarandı? Buna səbəb su ehtiyatlarının azalması, quraqlıq, iqlim dəyişməsi, yoxsa başqa amillərdir? Çıxış yolu nədir?

TodayPress TV xəbər verir ki, bu barədə Globalinfo.az-a danışan ekoloq Cəmşid Bəxtiyar deyib ki, su ilə bağlı yaranan problemlər həqiqətən də ciddi narahatlıq doğurur:

“Ancaq mövcud vəziyyəti yalnız quraqlıq və iqlim dəyişikliyi ilə izah etmək düzgün olmaz. Məsələnin daha dərindən araşdırılmasına və əsas səbəblərin müəyyən edilməsinə ehtiyac var. Şübhəsiz ki, iqlim dəyişikliyi və quraqlığın burada müəyyən rolu var. Azərbaycan su ehtiyatları baxımından onsuz da məhdud imkanlara malik ölkələr sırasındadır. Son illərdə yağıntıların azalması, temperaturun yüksəlməsi və buxarlanmanın artması çaylarda, su anbarlarında su ehtiyatlarının azalmasına səbəb olur. Bu, artıq məlum və təsdiqlənmiş bir faktdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) də bildirir ki, uzunmüddətli perspektivdə ölkənin su ehtiyatları ilə bağlı risklər artır. Digər mühüm amil Bakının coğrafi mövqeyidir. Abşeron yarımadası təbii şirin su ehtiyatları ilə zəngin ərazi deyil. Paytaxtın içməli suyu əsasən Samur, Oğuz-Qəbələ və Kür mənbələrindən gətirilir. Əhali artdıqca suya tələbat da artır. Bu isə mövcud sistemə əlavə yük yaradır”.

Ekoloq qeyd edib ki, ən ciddi problemlərdən biri su təchizatı infrastrukturunun köhnəlməsidir:

“Belə ki, köhnə magistral xətlər və paylayıcı şəbəkələr böyük həcmdə su itkilərinə səbəb olur. Rəsmi hesablamalara görə, su itkiləri təxminən 45 faiz təşkil edir, bəzi qiymətləndirmələrdə isə bu göstəricinin 50 faizə yaxınlaşdığı qeyd olunur. Yəni mənbədən çıxarılan suyun çox böyük hissəsi istehlakçıya çatana qədər borulardakı sızmalar və texniki nasazlıqlar səbəbindən itirilir”.


Cəmşid Bəxtiyar

Ekspertin sözlərinə görə, problemin həlli üçün konkret addımlar lazımdır:

“İlk növbədə köhnə magistral xətlər yenilənməli, şəbəkədəki sızmalar vaxtında aşkarlanmalı və su təchizatı daha səmərəli idarə olunmalıdır. Yeni su anbarlarının tikilməsi və mövcud ehtiyatlardan daha effektiv istifadə də vəziyyətin yaxşılaşmasına ciddi töhfə verə bilər. Daha uzunmüddətli perspektivdə isə içməli sudan istifadəyə yanaşma dəyişməlidir. Təəssüf ki, Bakıda yaşıllıqların, parkların və bağların suvarılmasında bir çox hallarda içməli sudan istifadə edilir. Halbuki suvarma üçün texniki sudan və ya alternativ su mənbələrindən istifadə olunmalıdır. Bu, içməli su ehtiyatlarının qorunmasına imkan verər. Eyni zamanda, damcı və çiləyici suvarma kimi müasir, suya qənaət edən texnologiyaların tətbiqi genişləndirilməlidir. Xəzər dənizi suyunun duzsuzlaşdırılması da gələcəkdə alternativ su mənbələrindən biri ola bilər. Hökumət də artıq bu istiqaməti gələcəyin perspektivli layihələri kimi nəzərdən keçirir”.

Cəmşid Bəxtiyar əlavə edib ki, yağış sularının toplanması, təmizlənərək təkrar istifadəsi və suya qənaət edən digər texnologiyaların tətbiqi də vacibdir:

“Ən mühüm məqam odur ki, Bakıda yaranan su problemi təkcə cari çatışmazlıq məsələsi deyil. Bu, iqlim dəyişikliyi fonunda bütün regionun üzləşdiyi strateji təhlükəsizlik məsələsinin bir hissəsidir. Mövcud vəziyyəti yalnız yeni su mənbələri yaratmaqla yox, eyni zamanda mövcud resurslardan daha səmərəli istifadə etməklə həll etmək mümkündür. Təkcə su itkilərinin əhəmiyyətli dərəcədə azaldılması belə mövcud ehtiyatlardan daha səmərəli istifadə etməyə və vəziyyəti nəzərəçarpacaq dərəcədə yaxşılaşdırmağa birbaşa şərait yaradar”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
08 августа 2026
18 yaşlı qız evində ölü tapıldı - Araşdırma başladı 21:19 İran ABŞ-nin qarşısına başqa seçim qoymur: Yeni QAYDALAR 21:05 TƏCİLİ: Xocavənddə mina partladı 20:48 İlham Əliyevdən Donald Trampa MƏKTUB 20:39 Uitkoff Azərbaycan və Ermənistan üçün nə dedi? 20:20 ABŞ bir tərəfdən İranla danışıqlar aparır, bir tərəfdən də… - Vens hər şeyi AÇIQLADI 20:01 İran Xəzərə “əlini uzadanlara” xəbərdarlıq etdi: “İcazə verməyəcəyik!” 19:19 Tramp Əliyevin rolunu yüksək qiymətləndirdi: “Bir il ərzində bölgədə insident olmadı” 19:32 SON DƏQİQƏ: İlham Əliyev və Donald Tramp arasında telefon danışığı oldu 19:26 Vaşinqton Bakı-İrəvan xəttinə 201 milyon dollarlıq yatırım edir 18:59 Rubio Trampı “sülh prezidenti” elan etdi: “Bunu o bacardı!” 18:36 Paşinyan “yazıq Ermənistan” imicinə son qoydu: “Bizə tərəfdaş lazımdır!” 18:13 TƏCİLİ: Paşinyan Trampa zəng edərək bu mövzuları müzakirə etdi 18:27 Hörmüzün “açarı” SEPAH-ın əlindədir: ABŞ-yə şərt qoyuldu 18:06 Vuçiç Avropanın proqnozunu verdi: Soyuq qış, “isti” müharibə 18:00 Dünya Bankı Suriyaya 100 milyon dollar ayırdı 16:21 “Çelsi”nin gənc ulduzuna Premyer Liqadan təklif – 2,4 milyonluq transfer 16:50 İran XİN başçısı Xəzər dənizinin hüquqi statusu haqqında danışdı 16:44 Hörmüz boğazında tankerə raket zərbəsi: Səudiyyə Ərəbistanından İrana xəbərdarlıq 17:10 Vuçiçdən Zelenskiyə Aİ vədi: “Ukraynaya kömək edəcəyik” 17:04 Əraqçi: "Hörmüz boğazında yeni marşrut hazırlanır" 16:27 Türkiyədə tunel uçdu: Ölən və yaralananlar var 16:13 Medvedev Ermənistana xəbərdarlıq etdi: “Gürcüstanın taleyini təkrarlayacaq” 16:16 "Arsenal" Brunu Qimaraynşi transfer etdi 16:08 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı 15:55 Все новости