Dövlət Komitəsinin “qaynar xətt”inə 6 minə yaxın müraciət daxil oldu

Dövlət Komitəsinin “qaynar xətt”inə 6 minə yaxın müraciət daxil oldu
25.08.2025 12:27 Sosial

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin işğaldan azad olunmuş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə yaradılmış “1657” qısa nömrəli “qaynar xətt” xidmətinə iyul ayı ərzində 5842 müraciət daxil olub.

Bu barədə TodayPress TV-yə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, xidmətin iki əsas istiqaməti işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı 2975, Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı isə 2867 məlumat və müraciət daxil olub.

Birinci istiqamət üzrə daxil olan müraciətlərdən 13-ü işğaldan azad olunmuş ərazilərə qayıtmış şəxslər tərəfindən edilib. Həmin müraciətlər araşdırılaraq problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb.

Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş ərazilərə geri qayıdan əhaliyə dəstək məqsədilə xüsusi qaynar xətt xidməti yaradılıb.

Qeyd edilib ki, vətəndaşların "1657" nömrəsinə edilən zənglərinə avtomatlaşdırılmış qaydada cavab verilir: işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı məlumat və müraciətlər üçün 1 düyməsini, Dövlət Komitəsinin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat və müraciətlər üçün 2 düyməsini seçmək tövsiyə olunur.

FOTOLAR

Dövlət Komitəsinin “qaynar xətt”inə 6 minə yaxın müraciət daxil oldu — 1
Dövlət Komitəsinin “qaynar xətt”inə 6 minə yaxın müraciət daxil oldu — 2
Dövlət Komitəsinin “qaynar xətt”inə 6 minə yaxın müraciət daxil oldu — 3
XƏBƏR LENTİ
31 IYUL 2026
İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Bütün Xəbərlər