Daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı

Daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı
05.06.2025 16:25 Sosial

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir. 

TodayPress TV xəbər verir ki, Laçın şəhəri və Laçının Zabux və Sus kəndləri, Şuşa şəhəri, Xocalı şəhəri və Xocalının Ballıca kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Füzuli və Cəbrayıl şəhərlərində daha 24 sakinə özünüməşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib. 

Verilmiş avadanlıqlar hesabına onlar un məmulatlarının istehsalı, qadın gözəllik salonu, kişi bərbərxanası, kiçik dərzi sexi, telefon təmiri, poliqrafiya xidmətləri, səyyar kofe evləri, aqroturizm, broyler inkubatoru, avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə kiçik bizneslərini yaradıblar. 

Aktivlər təqdim edilən sakinlərlə görüş olub, onların yeni qurduqları təsərrüfatlarla bağlı gələcək planlarına dair fikir mübadiləsi aparılıb. 

Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.

FOTOLAR

Daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı — 1
Daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı — 2
Daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı — 3
Daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı — 4
Daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı — 5
Daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı — 6
Daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı — 7
Daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı — 8
Daha 24 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradıldı — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 Bütün Xəbərlər