Böyük Qayıdış: dövlət-özəl sektor tərəfdaşlığı prioritet məsələdir

Böyük Qayıdış: dövlət-özəl sektor tərəfdaşlığı prioritet məsələdir
16.05.2025 15:27 Sosial

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Neoklassika” konsept mesajı ilə təşkil olunmuş Milli Marketinq Forumuna təşkilati dəstək verib.

TodayPress TV xəbər verir ki, Üç gün ərzində marketinq fəaliyyəti ilə bağlı təcrübələrin paylaşıldığı forumda iştirakçılara işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, dövlət komitəsinin bu sahədəki fəaliyyət istiqamətləri barədə məlumat verilib. 

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən Böyük Qayıdışın əsas məqsədləri Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir.

Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub. Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.     

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov çıxışında qaçqınların və məcburi köçkünlərin dövlət qayğısı ilə əhatə olunduğunu, bu kateqoriyadan olan şəxslərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin səmərəli təşkilinə Prezident İlham Əliyev xüsusi diqqət yetirdiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyeva onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyini bildirib. 

Sədr müavini azad olunmuş ərazilərə qayıdış prosesinin təkcə bərpa-quruculuq işləri ilə deyil, həm də milli yaddaşın bərpası, tarixi dəyərlərin dirçəlişi ilə bağlı olduğunu diqqətə çatdırıb.

Bildirilib ki, Dövlət Komitəsi bu prosesi geniş ictimaiyyətə düzgün çatdırmaq, reinteqrasiyanı gücləndirmək və yeni formalaşan icmaların sosial və iqtisadi potensialını tanıtmaq məqsədilə Milli Marketinq Forumunda iştirak edir. Forum çərçivəsində komitə dövlət-özəl sektor tərəfdaşlığı, media və yaradıcı agentliklərlə əməkdaşlıq imkanlarını müzakirə edir.

Qeyd olunub ki, Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya məsələri barədə həqiqətlərin ictimaiyyətə çatdırılmasında marketinq və kommunikasiyanın mühüm rolu vardır.

Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insanın yaşadığını deyən F.Hüseynov, hökumətin işğaldan azad edilmiş ərazilərdə ağıllı şəhər, ağıllı kəndlərin salınmasını, “yaşıl enerji zonaları”nın yaradılmasını bərpa-quruculuq prosesinin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirdiyini xatırladıb.

Forumun Böyük Qayıdışa həsr olunmuş ikinci panelində hüquqşünas Ərşad Hüseynov, Nəfəs Psixi Sağlamlıq Akademiyasının təsisçisi İkram Rüstəmov, “Cinema Art” MMC-nin direktoru Fuad Quliyev, “Facemark” şirkətinin rəhbəri Rafiq Hunaltay çıxış ediblər.

Forumda məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub.    

XƏBƏR LENTİ
15 IYUN 2026
Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Bütün Xəbərlər