Bahar Muradova İstanbulda Beynəlxalq Ailə Forumunda çıxış etdi

Bahar Muradova İstanbulda Beynəlxalq Ailə Forumunda çıxış etdi
22.05.2025 17:49 Sosial

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 22–23 may 2025-ci il tarixlərində İstanbulda keçirilən Beynəlxalq Ailə Forumunda iştirak edir. 

TodayPress TV xəbər verir ki, Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutan Forum çərçivəsində Bahar Muradova bu gün “Ailə yönümlü siyasətlərin tətbiqi: Milli və Beynəlxalq səylər” mövzusunda nazirlər sessiyasında çıxış edib.   

O bildirib ki, problemlərin və risklərin qloballaşdığı, həll yollarının isə parçalandığı müasir dünyada ailə institutunun zəifləməsi, ailədaxili münasibətlərdə mənəvi boşluqlar və sosial təcrid riski bütün ölkələr üçün ortaq problemə çevrilib.

Bu çağırışlara isə yalnız ortaq dəyərlərin müdafiəsi,birgə təşəbbüslər və beynəlxalq əməkdaşlıq sayəsində cavab tapmaq olar.   

B. Muradova qeyd edib ki, Azərbaycan dövləti ailəni cəmiyyətin əsası, milli kimliyin qoruyucusu və strateji inkişafın dayağı kimi qiymətləndirir. Bu baxış Prezident İlham Əliyevin liderliyində ailə institutunun, milli-mənəvi dəyərlərin qorunması şərti ilə dövlətin sosial siyasətinin mərkəzində dayanır. Birinci vitse-prezident xanım Mehriban Əliyeva milli və beynəlxalq miqyasda bu prosesin önündə gedərək bütün səviyyələrdə örnək fəaliyyət sərgiləyir.   

Hazırda “Azərbaycan Respublikasının ailə siyasətinin kompleks və strateji əsaslarını müəyyənləşdirəcək sənəd kimi "Ailə Konsepsiyası”nın üzərində işlərin aparıldığını diqqətə çatdıran Komitə rəsmisi bildirib ki, yalnız ailə yönümlü siyasətlər vasitəsilə qloballaşmanın təzyiqləri qarşısında davam gətirə və cəmiyyətlərimizin müqavimət hissini möhkəmləndirə bilərik.   

O bildirib ki, tarixən çoxmillətli və çoxkonfessiyalı mədəniyyətə malik Azərbaycan unikal müxtəlifliyini özünün strateji üstünlüyü kimi qoruyub saxlayır.

Müxtəlif etnik və dini icmaların birgə dinc yaşam tərzi cəmiyyət üzvləri arasındakı münasibətlərə qarşılıqlı hörmət və tolerantlıq ruhunu aşılayır: “Bu əsasda formalaşan multikultural dəyərlər ailə münasibətləri, uşaq tərbiyəsi və qadınların sosial həyatda iştirakı məsələlərində zəngin təcrübə və uzlaşma nümunələri əldə etməyə imkan yaratmışdır.”   

Komitə rəsmisi qeyd ki, dünyanın müxtəlif bölgələrində müharibələr, onların doğurduğu müxtəlif xarakterli zorakılıqlar, ailələrin dağılması və kütləvi miqrasiya axınları müşahidə olunur. Belə problemlərdən əziyyət çəkən Azərbaycan xalqı da daxili birliyi və əzminə söykənərək özünün ədalətli mübarizəsi nəticəsində ərazi bütövlüyünü bərpa etmiş, Qələbədən dərhal sonra regionda təhlükəsizliyin bərqərar olunması üçün ardıcıl sülh təşəbbüsləri ilə çıxış etmişdir.   

İndi cəmiyyətin rifahı, qadınların və uşaqların reabilitasiyası, ailələrin münaqişədən sonrakı dövrdə müdafiəsi və sosial inteqrasiyası prioritet sahələrimizdəndir deyən B. Muradova bildirib ki, bu məqsədə çatmaq üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində, İslam ölkələri, eləcə də digər regional və beynəlxalq formatlarda qurulmaqda olan əməkdaşlıq modellərimiz ailə dəyərlərinin qorunması üçün nümunəvi bir istiqamət formalaşdırır.   

O vurğulayıb ki, ortaq dəyərlər - ailəyə hörmət, nəsillərarası əlaqələrdə varislik, valideyn-övlad bağlarının müqəddəsliyi – bu gün qloballaşmanın təsirinə qarşı güclü mənəvi sipər ola bilər:

“Bizim hər birimiz bu dəyərləri bir-birimizə tanıtmalı və müdafiə etməliyik. Azərbaycan bu baxımdan Asiya, Avropa və İslam dünyası arasında körpü rolunu oynayaraq müxtəlif sosial yanaşmalar arasında balansı qorumağa çalışır”  deyə o çıxışına əlavə edib.  

Forum çərçivəsində imzalanacaq bəyanatın müddəalarına toxunan Bahar Muradova Azərbaycanın bu sənədə münasibətini diqqətə çatdırıb. O bildirib ki, ailə institutunun möhkəmləndirilməsi üçün milli və beynəlxalq səviyyədə effektiv siyasətlər hazırlanmalı, demoqrafik və cins balansını qorumaq üçün doğum stimullaşdırılmalı, məsuliyyətli valideynlik və nəsillərarası varislik kimi məsələlər daim diqqət mərkəzində saxlanılmalıdır. Eyni zamanda, ailənin təməl dəyərlərinə zidd olan zərərli meyllərin və məqsədli layihələrin qarşısı qətiyyətlə alınmalıdır.   

Çıxışının sonunda Bahar Muradova Azərbaycan Respublikasının bu sahədə bütün tərəfdaş ölkələrlə açıq və səmimi əməkdaşlığa hazır olduğunu vurğulayıb.   

Forum panel müzakirələrlə davam edir. Müzakirələr “Yüksək mənfəət müqabilində: Qlobal çağırışların fərdlərə, ailələrə və cəmiyyətə təsiri” və “Təsəvvür və reallıq arasında: Mədəniyyətdə, incəsənətdə və mediada ailə” mövzularını əhatə edir.   

27 ölkədən dövlət rəsmilərinin qatıldığı tədbir çərçivəsində nazirlərin ikitərəfli görüşləri, sərgilər, yarmarkalar və təqdimatlar təşkil olunub.   

Qeyd edək ki, Forum Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaşın himayəsi, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin Türkiyədə “Ailə İli” elan edilməsi çərçivəsində təşkil olunub.

FOTOLAR

Bahar Muradova İstanbulda Beynəlxalq Ailə Forumunda çıxış etdi — 1
Bahar Muradova İstanbulda Beynəlxalq Ailə Forumunda çıxış etdi — 2
Bahar Muradova İstanbulda Beynəlxalq Ailə Forumunda çıxış etdi — 3
Bahar Muradova İstanbulda Beynəlxalq Ailə Forumunda çıxış etdi — 4
Bahar Muradova İstanbulda Beynəlxalq Ailə Forumunda çıxış etdi — 5
Bahar Muradova İstanbulda Beynəlxalq Ailə Forumunda çıxış etdi — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər