Azərbaycanda yeni ailə quranlara pul veriləcək?

Azərbaycanda yeni ailə quranlara pul veriləcək?
14.01.2026 10:22

"Türkiyədə “Ailə ili” çərçivəsində gənc ailələrə göstərilən genişmiqyaslı dövlət dəstəyi Azərbaycanda da demoqrafik siyasətin gücləndirilməsi zərurətini ön plana çıxarır".

Bu barədə sosioloq Üzeyir Şəfiyev TodayPress TV-yə açıqlamasında bildirib.


Onun sözlərinə görə, Türkiyədə ailə institutunun qorunması və doğum səviyyəsinin artırılması məqsədilə mühüm sosial mexanizmlər tətbiq olunur. 

"Bələdiyyələr və dövlət qurumları tərəfindən yeni ailələrin toy xərcləri qarşılanır, gənc ailələrə güzəştli və faizsiz kreditlər verilir. Bu kreditlər əsasən mənzil problemlərinin həlli üçün nəzərdə tutulur və ödənişlər yalnız 4 ildən sonra, mərhələli və güzəştli şərtlərlə başlayır. Paralel olaraq, gənclərin məşğulluğunu artırmaq üçün marafonlar və müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilir".

Sosioloq vurğulayıb ki, bu siyasət birbaşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın demoqrafik artımı təşviq edən strateji yanaşmasına əsaslanır. 

"Prezident çıxışlarında ailə modelində minimum üç uşağın vacibliyini qeyd edir. Məqsəd ölkədə yeni doğulanların sayında müşahidə olunan azalma tendensiyasını zəiflətmək və gələcəkdə əhalinin qocalması riskini azaltmaqdır. Oxşar demoqrafik risklər Azərbaycanda da açıq şəkildə görünür və vəziyyət artıq narahatedici mərhələyə daxil olub. Son 5 ildə ölkə əhalisi 39 min nəfər azalıb. Son 22 ildə əhali 26,4 faiz artsa da, ahılların sayının 99 faizdən 140 faizə yüksəlməsi yaxın və orta perspektivdə əhalinin qocalması ehtimalını artırır. Xüsusilə 2023-2024-cü illərdə təbii artımda azalma tendensiyasının davam etməsi ciddi siqnaldır".

Ekspertin fikrincə, bu göstəricilər Azərbaycanda demoqrafik təşviq siyasətinin artıq seçim deyil, zərurət olduğunu göstərir:

"İctimai müzakirələrdə "uşaqpulu" müavinətlərinin bərpası, gənclərin məşğulluğunun artırılması, mənzil və məişət şəraitinin yaxşılaşdırılması əsas təkliflər kimi irəli sürülür. Azərbaycanda mövcud olan güzəştli mənzil fondu və kredit mexanizmləri mühüm addımdır, lakin onların əhatə dairəsinin genişləndirilməsi daha effektiv nəticə verə bilər.

Eyni zamanda regionlarda gənclərin məşğulluğunun artırılması, sahibkarlığın təşviqi, torpaq sahələrinin və faizsiz kreditlərin verilməsi təklif olunur. Bu, həm gənclərin öz yaşayış şəraitini qurmasına, həm də regionlardan paytaxta miqrasiyanın qarşısının alınmasına xidmət edə bilər. Yeni ailələrə iş karyerasında üstünlüklərin verilməsi və ailə institutunun cəmiyyətdə nüfuzunun artırılması da xüsusi əhəmiyyət daşıyır".

Üzeyir Şəfiyev diqqətə çatdırıb ki, “çoxuşaqlı ailə” anlayışına yenidən baxılması da vacibdir. Hazırda beş və daha çox uşağı olan ailələr bu statusu daşıyır. Halbuki üç və daha çox uşağı olan ailələrin də bu kateqoriyaya daxil edilməsi yeni qurulan ailələr üçün əlavə sosial stimullar yarada bilər.

"Azərbaycanda kompleks və ardıcıl demoqrafik təşviq siyasətinin həyata keçirilməsi təbii artımın sabitləşdirilməsi, əmək bazarının gücləndirilməsi, genofondun qorunması və ölkəyə potensial miqrant axınının qarşısının alınması baxımından strateji əhəmiyyət kəsb edir".

Qeyd edək ki, Türkiyədə yeni ailə quracaq ehtiyaclı gənclərə maddi yardım göstəriləcək. Diyanət İşləri İdarəsinin məlumatına görə, yardım almaq üçün 18-35 yaş arası gənclər müvafiq dövlət qurumuna müraciət etməlidirlər. Yardım alacaq şəxslərin gəliri minimum maaşdan çox olmamalıdır. Şərtlərə uyğun gələn gənclərə veriləcək yardımın məbləği 500 min lirə təşkil edir ki, bu da təxminən 19 min manata bərabərdir.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Турецкий военный корабль прибыл в США 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Оман и Иран подтвердили приверженность свободному судоходству в Ормузском проливе 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 «Второй этап будет сложнее», — предупредил глава МИД Китая 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Все новости