“ASAN xidmət”in 108 Çağrı Mərkəzinə 10 milyonuncu müraciət qeydə alındı

“ASAN xidmət”in 108 Çağrı Mərkəzinə 10 milyonuncu müraciət qeydə alındı
01.07.2025 09:59 Sosial

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 Çağrı Mərkəzinə 10 000 000-cu  müraciət daxil olub.

Bu barədə TodayPress TV-yə "ASAN" xidmətdən məlumat verilib.

1 fevral 2013-cü il tarixindən fəaliyyətə başlayan 108 Çağrı Mərkəzi “ASAN xidmət”, “ASAN kommunal” mərkəzlərinin, "ABAD" publik hüquqi şəxsin, MİDA-nın fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir. 108 Çağrı Mərkəzi səsboğucu funksiyalı iş masaları, müasir kompüterlər, proqram təminatları, normativ hüquqi baza və operativ məlumat bazası ilə təchiz olunub. Ən son texnologiyalara əsaslanan Sipline Çağrı Mərkəzi və telefoniya sistemi vasitəsilə fasiləsiz və keyfiyyətli xidmət təmin edilir.

Gün ərzində orta hesabla 5000-dən çox olmaqla, bu günə qədər ümumilikdə 10.000 000 müraciət qəbul olunub. 

Hazırda 108 Çağrı Mərkəzi vasitəsilə müraciətlərin qəbulu həftənin bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək canlı rejimdə, qeyri-iş saatlarında, bayram və istirahət günlərində isə avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə həyata keçirilir.

Azərbaycanın istənilən regionundan stasionar telefon vasitəsilə “108” nömrəsini yığaraq  bu xidmətlərdən ödənişsiz istifadə oluna bilər.

FOTOLAR

“ASAN xidmət”in 108 Çağrı Mərkəzinə 10 milyonuncu müraciət qeydə alındı — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər