“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçildi

“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçildi
25.11.2025 11:39

24 noyabr 2025-ci il tarixində “ASAN Könüllüləri” Təşkilatının növbəti hesabat qurultayı keçirilib.

TodayPress TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əhəmiyyətini vurğulayıb.

Bildirilib ki, “ASAN Könüllüləri” Təşkilatı bu siyasətin uğurlu təzahürlərindən biridir və təşkilat tərəfindən həyata keçirilən çoxsaylı layihələr minlərlə gəncin bilik, bacarıq və intellektual potensialının inkişafına xidmət edib. 

Ümumi Yığıncaqda qəbul edilən qərara əsasən Aysiman Quliyeva yekdilliklə Təşkilata yeni sədr seçilib.

19 dekabr 2013-cü il tarixində təsis olunmuş “ASAN Könüllüləri” Təşkilatının əsas missiyası könüllülərin kadr kimi formalaşmasına şərait yaratmaqla dövlətimizin dayanıqlı inkişafı üçün çalışan, cəmiyyətə faydalı gənc vətəndaşlar qazandırmaqdır. Bu prosesə indiyədək 44 000-ə yaxın könüllü qoşulub. Təşkilat tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə icra olunub, 3400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin edilib.

TodayPress TV

ФОТО

“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçildi — 1
“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçildi — 2
“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçildi — 3
“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçildi — 4
“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçildi — 5
“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçildi — 6
“ASAN Könüllüləri” Təşkilatına yeni sədr seçildi — 7
ЛЕНТА НОВОСТЕЙ
15 июня 2026
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Все новости