SOCAR "Özbəkneftqaz" ilə əməkdaşlıq məsələlərini müzakirə etdi

SOCAR "Özbəkneftqaz" ilə əməkdaşlıq məsələlərini müzakirə etdi
26.02.2026 05:44

"Özbəkneftqaz" şirkətinin İdarə Heyətinin sədri Abduqani Sanginov SOCAR-ın törəmə şirkətləri - "SOCAR Trading" və "SOCAR Downstream Management" rəhbərliyi ilə görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə "Özbəkneftqaz" SC-nin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər qeyd ediblər ki, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq iki ölkənin prezidentləri Şavkat Mirziyoyev və İlham Əliyev tərəfindən dəstəklənir və son illərdə ardıcıl şəkildə inkişaf edir. Vurğulanıb ki, yüksəksəviyyəli siyasi dialoq neft-qaz sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

SOCAR nümayəndələri Buxara Neft Emalı Zavodunun səmərəliliyinin artırılması istiqamətində "Özbəkneftqaz" ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Görüş zamanı müasir əməliyyat texnologiyalarının tətbiqi, istehsal proseslərinin rəqəmsallaşdırılması və enerji səmərəliliyinin artırılması üzrə təkliflər təqdim olunub.

Danışıqların yekununda tərəflər praktiki əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər. Həmçinin Azərbaycan tərəfdən müəssisəyə texniki auditin aparılması və növbəti addımlar üzrə konkret təkliflərin hazırlanması məqsədilə işçi qrupunun səfərinin təşkili barədə razılıq əldə edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 İraq İordaniyaya girəcək - TƏCİLİ xəbərdarlıq edildi 21:12 Tofiq Musayev UFC-də qələbə qazandı 20:54 Все новости