SOCAR ilə MSC arasında saziş imzalandı

SOCAR ilə MSC arasında saziş imzalandı
16.09.2025 10:45 Sənaye və energetika

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın ən böyük daşıma şirkəti olan MSC (Mediterranean Shipping Company) arasında strateji əməkdaşlığa dair saziş imzalanıb.

TodayPress TV SOCAR-a istinadən xəbər verir ki, Bakıda keçirilən imzalama mərasimində tərəflər Egey bölgəsinin ən böyük konteyner limanı olan "SOCAR Terminalı"nda birgə investisiyalar vasitəsilə Türkiyənin qlobal təchizat zəncirində mövqeyini gücləndirməyi hədəfləyirlər.

Razılaşmaya əsasən, MSC-nin törəmə şirkəti və qlobal terminal operatoru "Terminal Investment Limited" (TIL) "SOCAR Terminalı"nda səhmdar olacaq.

Əməkdaşlıq "SOCAR Terminalı"nın TIL-in geniş qlobal şəbəkəsinə inteqrasiyasını təmin edəcək. Yeni avadanlıq və texnoloji sərmayələr nəticəsində terminal mövcud gücünü artıracaq, əməliyyat səmərəliliyini yüksəldəcək, rəqəmsallaşma, dayanıqlılıq və infrastruktur inkişafı sahəsində mühüm nailiyyətlər əldə edəcək.

Egey bölgəsinin ən böyük konteyner terminalı olan "SOCAR Terminal" 700 metrlik fasiləsiz körpü, 16 metrlik dərinlik, 420 min m² liman ərazisi və 30 min m² arxa sahəsi ilə həm regional, həm də qlobal ticarət üçün strateji əhəmiyyət daşıyır. ULCS sinifli yeni nəsil iri gəmiləri qəbul etmək imkanına malik olan terminal eyni anda bir neçə əsas gəmini sürətli şəkildə idarə edərək gözləmə müddətlərini minimuma endirir.

"Gələcəyin limanı" konsepsiyası ilə fəaliyyət göstərən "SOCAR Terminal" ən yüksək əmək mühafizəsi və təhlükəsizlik standartlarını tətbiq edir, rəqəmsallaşma və texnologiyaya qoyulan sərmayələrlə sənayedə qabaqcıl mövqeyini qoruyur. Bununla yanaşı, karbon izinin azaldılması, bərpa olunan enerji mənbələrinə sərmayə yatırılması və enerji səmərəliliyinin artırılması ilə dayanıqlı biznes modeli qurur.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Bütün Xəbərlər