BƏƏ-dən benzin idxalı 25 dəfə artdı

BƏƏ-dən benzin idxalı 25 dəfə artdı
19.12.2025 12:42

Bu ilin oktyabr ayında Azərbaycan Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) "Premium Euro-95" markalı benzinin idxalını bərpa edib.

Bu barədə TodayPress TV-yə bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Statistik məlumatlara görə, 2025-ci ilin yanvar-oktyabr aylarında BƏƏ-dən 17 milyon 165,39 min ABŞ dolları dəyərində 19 min 684,31 ton benzin idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə benzin idxalı miqdar baxımından 25,1 dəfə, dəyər baxımından isə 24,6 dəfə artıb. Bütün idxal oktyabr ayında baş verib.

Ümumilikdə Azərbaycan 10 ay ərzində 121 min 177,34 ton "Premium Euro-95" markalı benzin (2024-cü ilin 10 ayı ilə müqayisədə 1,9 dəfə çox) idxal edib. İdxal edilmiş benzinin dəyəri 103 milyon 524,62 min ABŞ dolları (1,7 dəfə çox) təşkil edib.

İdxalın strukturunda 63 milyon 51,54 min ABŞ dollarlıq (+ 4,4 dəfə) tədarükün 60,8 %-i və ya 73 min 651,88 tonu (+ 4,7 % dəfə) Rusiyanın payına düşüb.

Rusiyadan başqa, Azərbaycana "Premium Euro-95" markalı benzinin TOP3 tədarükçüsü arasında BƏƏ və Rumıniya (11 milyon 26,99 min ABŞ dolları dəyərində 12 min 889,33 ton) olub.

Qalan həcm Belarusdan - 9 milyon 883,38 min ABŞ dolları dəyərində 12 min 52,5 ton, Bolqarıstandan - 1 milyon 173,08 ABŞ dolları dəyərində 1 min 400,24 ton və Gürcüstandan - 1 milyon 224,25 min ABŞ dolları dəyərində 1 min 499,08 ton idxal edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Уже 9 лет как я живу в Баку, в родительском доме — Севиль Алиева 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Глава государства поздравил Президента Швейцарии 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Россия подвергла Киев ракетному обстрелу — есть погибшие 09:56 Цены на нефть на мировых рынках выросли 09:50 На страницах Президента Ильхама Алиева в социальных сетях была опубликована публикация, посвященная Дню азербайджанского алфавита и азербайджанского языка 09:26 Скончался народный поэт Нариман Гасанзаде 09:20 В Польше обнаружили бронзовый меч возрастом около 3 тысяч лет 01:34 Россия до 2032 года… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Убил жену, после чего пошел в полицию и во всем признался — ПОДРОБНОСТИ 00:08 Трамп отдал приказ о новых ударах по Ирану — СРОЧНО 02:06 В Татарстане произошел взрыв на нефтехимическом комплексе 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Все новости