"Babək" strukturunda kəşfiyyat qazması bu il başlayacaq

"Babək" strukturunda kəşfiyyat qazması bu il başlayacaq
05.06.2025 14:59 Sənaye və energetika

Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid-Babək" müqavilə blokunun "Babək" perspektiv strukturunda 1 nömrəli kəşfiyyat quyusunun qazılması 2025-ci ildə başlayacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Quyunun layihə dərinliyi 6 750 metrdir.

Şirkətin məlumatına görə, "Babək" strukturu 1959-cu ildə seysmik kəşfiyyat nəticəsində aşkar edilib.

2012-ci ildə "Babək" strukturunda üçölçülü (3D) seysmik kəşfiyyat işləri aparılıb.

2017-ci ildən "Babək" strukturunda kəşfiyyat işləri "UBOC" (“Umid-Babek Operating Company”) əməliyyat şirkətinə həvalə edilib.

Qeyd edək ki, "Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Dövlət Neft Şirkəti ilə “SOCAR Umid Oil and Gaz Ltd.” şirkəti arasında Risk Xidmət Sazişi və “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil and Gas Ltd.” şirkəti və “Umid, Babek Exploration & Production” şirkəti arasında müqavilə 2017-ciil yanvarın 12-də imzalanıb, mayın 2-də isə Milli Məclisdə təsdiq edilib.

Qeyd edək ki, "Ümid-Babək" bloku Bakıdan 75 km aralıda yerləşir, burada dənizin dərinliyi 60-700 metrdir. SOCAR tərəfindən işlənilən "Ümid" yatağının ehtiyatları minimum 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir. "Babək" strukturunun ehtiyatları 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat həcmində qiymətləndirilir. "Ümid" yatağı 2012-ci ilin sentyabrında istismara verilib.

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 Bütün Xəbərlər