Azərbaycan nefti Tokionun İMDADINA ÇATDI

Azərbaycan nefti Tokionun İMDADINA ÇATDI
12.05.2026 12:13

Yaponiya şirkəti "ENEOS" Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazının bloklanması fonunda Azərbaycandan 283 min barel neft alıb.

TodayPress TV Yaponiya mediasına istinadən xəbər verir ki, Azərbaycan neftini daşıyan tanker 12 may tarixində artıq Yaponiyaya çatıb.

Məlumata görə, neft Tokio yaxınlığında yerləşən Negisi ərazisindəki ENEOS neft emalı zavoduna yönləndiriləcək.

Nəşrlər bildirir ki, Yaponiya hökuməti ABŞ və digər ölkələrdən idxal daxil olmaqla, Hörmüz boğazından keçməyən alternativ neft tədarükü mənbələrinin genişləndirilməsi istiqamətində addımlarını sürətləndirib. Bu, xüsusilə enerji idxalında şaxələndirmənin vacib prioritetə çevrilməsi ilə əlaqələndirilir.

Qeyd edilib ki, bu, Yaxın Şərqdəki münaqişənin başlanmasından sonra Yaponiyaya göndərilən Azərbaycan neftinin ilk partiyasıdır. Bundan əvvəl Yaponiya neft emalı zavodları əsasən Yaxın Şərq ölkələrindən idxaldan asılı olub.

Yaponiyada gündəlik neft istehlakı təxminən 3 milyon barel təşkil edir. Ölkə həmçinin fövqəladə hallar üçün geniş neft ehtiyatlarına malikdir. Lakin Yaxın Şərqdə tədarükdə uzunmüddətli fasilələr riski idxalın sabitliyi ilə bağlı narahatlıqları artırır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Подписанное в Шуше соглашение вызвало страх у русских и армян, увидев подпись Алиева… 14:36 Сделаем России хуже, чем в 1941-м: в Германии заговорили о возможном ударе 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Началась встреча глав МИД России и Турции 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Все новости